Borrell Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib
Avropa İttifaqı (Aİ) Rusiya Prezidentinin qismən səfərbərliyin elan olunması ilə bağlı qərarına cavab olaraq Moskvaya qarşı yeni sanksiyalar hazırlayacaq və Ukraynaya hərbi dəstəyini artıracaq.
Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə bildirib.
“Biz Ukraynaya silah verməklə hərbi dəstəyimizi davam etdirəcəyik, bu yardımı artıracağıq və Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər qəbul edəcəyik”, - Borrell Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Aİ-nin yüksək səviyyəli diplomatlarının fövqəladə iclasının yekunlarına dair jurnalistlərə bildirib.
O vurğulayıb ki, Rusiyanın bu addımı Aİ-nin Ukraynanın yanında olmaq və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək qabiliyyətinə hərtərəfli dəstək əzmini dəyişməyəcək.
Borrell Aİ-nin Avropa Sülh Fondu vasitəsilə Ukraynaya silah çatdırılmasını maliyyələşdirməyə davam edəcəklərini təsdiqləyib.
Konkret detalları açıqlamayan Borrellin sözlərinə görə, Rusiya iqtisadiyyatına təsir edəcək yeni sanksiyalar paketi müzakirə olunacaq ki, bura da texnologiya sahəsi ilə bağlı sanksiyalar daxil olacaq və eyni zamanda, yeni şəxslərin də sanksiyaya məruz qalması gözlənilir.
“Politico”nun məlumatına görə isə sanksiyalar planına Rusiya neftinin qiymətinin məhdudlaşdırılması və Rusiyadan lüks malların idxalına qadağa daxildir.
Aİ səfirlərinin sentyabrın 23-də sanksiyalarla bağlı detalları müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri blok Ukraynaya öldürücü silahlar, həmçinin fərdi qoruyucu vasitələr, ilk yardım dəstləri və yanacaq daxil olmaqla ümumilikdə 2,5 milyard avro (2,5 milyard dollar) hərbi yardım göstərib.
Aİ həmçinin Rusiyaya qarşı yeddi sanksiya paketi tətbiq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)







