"İnflyasiya düşməyə başlayan zaman faiz artırmağı yavaşlatacağıq"
ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) sədri Cerom Pauell (Jerome Powell), 3-cü dəfə 75 bəndlik faiz artımından sonra etdiyi çıxışında, "Faizləri endirməzdən əvvəl inflyasiyanın 2 faizə düşdüyünə əmin olmalıyıq. İnflyasiyanın bu istiqamətə doğru getdiyinə əmin olduğumuz zaman faiz artırmağın sürətini yavaşlatacağıq" deyib.
Dünən ABŞ Mərkəzi Bankın (FED) faiz qərarından sonra sədr Cerom Pauell mətbuat konfransında çıxış edib. Qeyd edək ki, FED ardıcıl 3-cü dəfə faizini 75 bənd artıraraq 3%- 3,25% aralığına çatdırıb. FED-in uçot dərəcələrini 4,5 - 5%-ədək artıracağı gözlənilir.
Marja xəbər verir ki, Pauellin çıxışından əsas məqamlar aşağıdakılardır:
- Biz pul siyasətini qiymət sabitliyinə nail olmaq məqsədimizə yönəldirik,
- İqtisadi artımın yavaşlamasına baxmayaraq, əmək bazarı güclü olaraq qalır,
- Faiz artımlarına davam etmək lazım gələcək. İnflyasiyanı 2 faizlik hədəfə endirmək üçün alətlərimiz var,
- Əmtəə qiymətlərinin pik həddə çatdığı görünür,
- Uzunmüddətli inflyasiya gözləntiləri sabitləşməkdədir Bu, inflyasiyanın aşağı salınmasını asanlaşdıracaq,
- Faiz dərəcələrində müəyyən səviyyəyə gedib bir müddət orada qalmalıyıq, amma hələ getməli olduğumuz səviyyədə deyilik,
- Dəyişən maliyyə şərtlərinin inflyasiyaya tam təsirini görmək çox güman ki, müəyyən vaxt aparacaq,
- İndiyə qədər biz əmək bazarının soyuması ilə bağlı yalnız mülayim əlamətlər gördük,
- Faizləri endirməzdən əvvəl inflyasiyanın 2 faizə enməsinə əmin olmalıyıq. İnflyasiyanın 2 faizə doğru getdiyinə əmin olduqda, artım tempini aşağı salacağıq,
- FED inflyasiyanın aşağı salınmasına qətiyyətlə sadiqdir və biz işimiz bitənə qədər dərəcələri artırmağa davam edəcəyik.
Həmçinin oxu
FED faiz qərarını açıqladı
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
6 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
6 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
6 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
