Qızıl daha da ucuzlaşıb
Qızılın qiyməti son 2,5 ilin ən aşağı səviyyəsinə düşübDolların bahalaşması ilə əlaqədar olaraq qızıl ucuzlaşır.
Marja.az xəbər verir ki, bu gün qızılın unsiyasının (31,1 qram) qiyməti 0,5% də düşərək 1666 dollar səviyyələrinə geriləyib (Bakı vaxtı ilə saat 10:50-yə olan məlumat).
ABŞ Mərkəzi Bankının (FED) faiz artırmaqda davam etməsi Dolların bahalaşmasına səbəb olur.
Fed və BOE daxil olmaqla, bu həftə bir neçə qlobal mərkəzi bankın faiz artıracağı gözlənilir.
ABŞ-da inflyasiya məlumatlarının Fed-in bu həftəki iclasında və ola bilsin ki, ilin qalan hissəsində faiz dərəcələrini böyük fərqlə artıracağını göstərməsindən sonra, qızıl qiymətləri 2,5 ilin ən aşağı səviyyəsinə düşüb.
Məlumatlar ABŞ xəzinə istiqrazlarının gəlirlərini dəstəkləyib, dollar 20 ilin ən yüksək səviyyəsinə yaxınlaşıb və bu, qızıla sərmayələri azaldır. Fed bu il faiz dərəcələrini artırmağa başladığı üçün qiymətli metalın qiymətləri 2022-ci ilin ən yüksək səviyyəsindən kəskin şəkildə aşağı düşüb.
FED-in iki günlük iclasının sonunda faiz dərəcələrini 75 bənd artıracağı gözlənilsə də, investorlar 100 bənd artım ehtimalı olduğunu da bildirirlər. ABŞ benchmark faiz dərəcəsinin 2008-ci il maliyyə böhranından bəri ən yüksək səviyyə olan 4%-dən yuxarı ili bağlayacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
13 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
13 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!














.jpg)








