Azərbaycanın qaz ixracından gəliri 10 milyard dolları keçdi
2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 24 milyard 359 milyon 107 min dollar təşkil edib.
Marja.az xəbər verir ki, o cümlədən 13 milyard 724 milyon 349 min dollarlıq xam neft, 10 milyard 317 milyon 686 min dollarlıq təbii qaz ixrac edilib.
Qeyd edək ki, 2021-ci ilin 8 ayı ərzində Azərbaycandan 11 milyard 350 milyon 870 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 498 milyon 811 min dollarlıq xam neft, 2 milyard 350 milyon 392 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, bu ilin 8 ayında xam neft ixracından gəlir 61,5%, qaz ixracından gəlir isə 4,4 dəfə artıb.
Həmçinin, 2022-ci ilin 8 ayı ərzində Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 1 milyard 885 milyon 466 min dollar təşkil edib (ötən ilin eyni dövründə 1 milyard 584 milyon 468 min dollar təşkil etmişdi).
Gəlirlərin artmasının səbəbi dünya birjalarında neft və qazın bahalaşmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
32 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi


















.jpg)


