Kapital Bank Zəngilanda sosial aksiya həyata keçirdi
(®) 15 sentyabr – Bilik Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə sosial aksiya həyata keçirildi. Ağalı kəndinə köçürülən ilk 48 ailənin üzvləri ilə yeni məktəb binasında baş tutan tədbirdə iştirakçılara yeniliklər barədə ətraflı məlumat verildi.
Görüşdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Mastercard-ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov və Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov iştirak edirdi.
Tədbir zamanı Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması barədə məlumat verildi. Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin edilib. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılıb, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılıb. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılıb və ödəniş kartları verilib.
Bundan başqa Kapital Bank və Mastercard-ın dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi keşbek kampaniyasına start verilib ki, bunun da nəticəsində Ağalı kəndindəki obyektlərdə nağdsız ödəniş edən Mastercard sahibləri 10% keşbek əldə edəcəklər.
Layihə çərçivəsində Ağalı kənd orta məktəbinin şagirdlərinə “Smart təhsil kartı” və dərs ilinin başlanması, habelə şagirdlərin tədris zamanı daha müasir üsullardan istifadə edə bilməsi üçün 48 ailədə olan şagirdlərə planşetlər hədiyyə edildi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















