140-dan çox sahibkara sürətli poçt xidməti üzrə lisenziya verilib
İndiyədək İqtisadiyyat Nazirliyi tərəfindən 12 min 913 lisenziya, həmçinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə 2987 elektron lisenziya verilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə verilmiş lisenziyaların 65 faizə qədəri, o cümlədən cari ilin ötən dövründə verilmiş lisenziyaların 85 faizi yeni lisenziyalardır və bu da aparılan islahatların nəticəsi olaraq sahibkarlıq fəaliyyətinin genişləndiyini göstərir. Pandemiya ilə əlaqədar qlobal çağırışlara uyğun olaraq elektron ticarətin artımı sürətli poçt fəaliyyəti üzrə verilmiş lisenziyaların artımına təsir edib, 2020-2021 və 2022-ci ilin ötən dövründə 140-dan çox sahibkara sürətli poçt xidməti üzrə lisenziya verilib.
Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq sahəsində qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, bu sahədə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi istiqamətlərində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Biznes sferasının tənzimlənməsi istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasıdır. Bu sahədə aparılmış islahatların nəticəsi olaraq, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. İslahatların tərkib hissəsi kimi ölkəmizdə “Lisenziyalar və icazələr haqqında” Qanun qəbul edilib, lisenziyalarla yanaşı, icazələrin də siyahısı müəyyən olunub. İslahatlar aparılarkən lisenziya tələb edən fəaliyyət növlərinin sayı 59-dan 36-ya endirilib, icazələrin sayı isə 86 müəyyən edilib. İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyaların sayı 23-dür.
Lisenziyaların verilməsi müddəti 15 iş günündən 10 iş gününə endirilib, dövlət rüsumunun məbləği 2 dəfə azaldılıb. Qanunvericiliyə əsasən, hazırda sellülar (mobil) rabitə xidmətləri istisna olmaqla lisenziyaların müddətsiz verilməsi müəyyən edilib.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə lisenziyalar 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir. 2018-ci il 14 mart tarixindən lisenziyaların “Lisenziyalar və icazələr” portalı üzərindən də verilməsinə başlanıb. Sahibkarların işinin daha da asanlaşdırılması məqsədilə 2020-ci ilin fevralından lisenziyaların verilməsi KOB evləri vasitəsilə də həyata keçirilir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
33 d. əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
6 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
23 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
























