Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb
Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb.
Bu barədə Azərbaycan Hesablama Palatasının Gənclər və İdman Nazirliyində keçirdiyi audit yoxlamasının nəticələrində qeyd edilib.
Bildirilib ki, 2020-ci ilin may ayında sökülən tikililərə görə Gənclər və İdman Nazirlik tərəfindən ümumilikdə 26,9 min manat sığorta haqqı ödənilib, 2021-ci ilin yekunlarına görə ən yüksək nəticə göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması ilə sila bağlı ödənilmiş 464 min manat məbləğində vəsaitin icrası təmin edilməyərək hesabda saxlanılıb, xarici valyuta kurslarının 53 halda düzgün tətbiq edilməməsi hesabına 79,4 min manat əlavə büdcə vəsaitinin xərclənməsinə yol verilib, Azərbaycan Yelkənli İdman Federasiyasının "AGBank" ASC-də olan hesablaşma hesabına 20.04.2020-ci il tarixində 100 min manat məbləğində ödənilmiş vəsait həmin bankın 27.04.2020-ci il tarixdə bağlanması səbəbindən hesabda qalıb.
Hesabata görə, bir sıra idman federasiyaları, eləcə də idman məktəbi tərəfindən yığma komandanın üzvlərinin beynəlxalq yarışlara və Olimpiya oyunlarına hazırlanması, həmçinin federasiyanın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə maliyyə köməkliyinin göstərilməsi ilə bağlı etdiyi müraciətlər asasında təsdiq edilmiş büdcəsində nəzərdə tutulmasa da, Nazirlik tərəfindən təyinat dəyişikliyi edilərək 5 federasiya və 1 idman məktəbi üzrə ayrılmış xərclər smetasında nəzərdə tutulmayan ümumilikdə 435,1 min manat vəsaitin ayrılması təmin edilib.
Federasiyalara və idman məktəbləri ilə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasına, həmçinin hesabatlılığa nəzarətin təmin edilməməsi ayrılmış vəsaitlər üzrə "məqsəd-nəticə" uyğunluğunun ədalətli müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb.
Müxtəlif beynəlxalq yarışlara milli yığma komandaların lazımi səviyyədə hazırlığına şərait yaradılması məqsədilə təlim-məşq toplanışlarının təşkil olunması, eləcə də bir neçə yarışda iştirakla bağlı vəsaitlərin icrası zamanı milli yığmanın üzvü olmayan idmançının siyahıya daxil edilməsi, müraciətdə göstərilmiş müddətlərdən əlavə günlərin əhatə olunması, ezamiyyət günlərinin düzgün nəzərə alınmaması kimi nöqsanlar hesabına ümumilikdə 202,8 min manat artıq vəsait ödənilib.
Olimpiya və idman komplekslərinin daxilolmalarla bağlı istifadə imkanlarının tam və düzgün reallaşdırılmaması əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla, idman komplekslərinin fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmin edilməsinə səbəb olub.
Seçmə qaydada Respublika Olimpiya Mərkəzi üzrə toplanmış audit sübutları icarəyə verilmiş əmlak üzrə 32,8 min manat haqqın toplanılmadığını, dövlət əmlakının icarəyə verilməsi ilə bağlı hüquqi aktlarda əks olunmuş tələblərin reallaşdırılmaması və icarə haqlarının aşağı səviyyədə müəyyənləşməsi ilə bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsi imkanlarından istifadə olunmadığını deməyə əsas verir.
Yüksək nəticələr göstərmiş idmançıların mükafatlandırılması məqsədilə vəsaitlərin istifadəsi zamanı komanda hesabı ilə yer tutan, eləcə də qeyri-olimpiya proqramları üzrə dünya və Avropa çempionatları, həmçinin Kubok yarışlarında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması nəticəsində 125,2 min manat məbləğində vəsaitin təyinatı dəyişdirilib.
Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsi, son nəticədə, ayrılmış vəsaitin nəticəliliyinin və təyinatının müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb.
Layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi səbəbindən daha baha qiymətlərin tətbiq olunması vəsaitlərin artıq istifadəsi ilə nəticələnib, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Qeyd edilənlər bu istiqamətdə 310,7 min manat artıq vəsaitin istifadəsinə yol açıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 23 saat sonra
-
-
7 d. əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 19 d. əvvəl
-
31 d. əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
37 d. əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 40 d. əvvəl
- 40 d. əvvəl
-
42 d. əvvəl
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
- 55 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
Fevralın 27-də gözlənilən hava şəraiti
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb




















