Azercell və PAŞA Bankdan unikal məhsul
“Azercell Telekom”un yenilənmiş “Kabinetim” mobil tətbiqi üzərindən təqdim edilən bu məhsul vasitəsilə bütün elektron ticarət obyektlərində nağdsız ödənişləri daha rahat və çevik şəkildə həyata keçirmək, həmçinin hesabı artırmaq mümkün olacaq.
Bankın yaydığı məlumatda bildirilir ki, “PAŞA Bank”, “Azercell Telekom” tərəfindən istifadəyə verilən rəqəmsal kart layihəsinin əsas təminatçısı və tərəfdaşı qismində çıxış edir. Eyni zamanda “Visa” ödəniş sistemləri və “AzİnTelecom” şirkəti layihənin digər tərəfdaşları sırasındadırlar.
Beləliklə, Azərbaycanda ilk dəfə olaraq telekommunikasiya şirkəti ödəniş xidmətləri təklif edərək nağdsız ödənişlərə töhfə verəcəkdir. Belə ki, “Azercell Telekom”un yenilənmiş “Kabinetim” mobil tətbiqi üzərindən təqdim edilən bu məhsul vasitəsilə bütün elektron ticarət obyektlərində nağdsız ödənişləri daha rahat və çevik şəkildə həyata keçirmək, həmçinin hesabı artırmaq mümkün olacaq. Bu unikal rəqəmsal məhsul üzrə kartların yaradılması və idarə olunması açıq bankçılıq funksionallığına əsaslanır. Bu məhsulda “PAŞA Bank” kart əməliyyatlarının icrası üzrə təminatçı qismində çıxış edir.
“PAŞA Bank”ın idarə heyətinin üzvü Cəlal Orucovun sözlərinə görə, artıq müştərilər bizneslərin fəaliyyət sahəsindən asılı olmayaraq daha çox onlayn imkanların təqdim olunmasını istəyir və hətta tələb edirlər.
“Sürətlə dəyişən dünya müştərilərin ehtiyaclarını da birmənalı şəkildə dəyişir. Bu isə, müştərilər üçün fərqli və daha rahat formatda bank xidmətləri təklif edə bilən yeni “fintech” startaplarının yaranmasına təkan vermiş olur. Belə bir dövrdə biz, müxtəlif sahibkarlıq sahələri arasında əlaqələndirici olaraq bazara ən müasir məhsullar və rəqəmsal həllər təklif etməyi hədəfləyirik. “Azercell Telekom” ilə tərəfdaşlıqda ərsəyə gələn rəqəmsal kart layihəsi də bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdəndir. İnanıram ki, ölkəmizdə sahələrarası əməkdaşlıqlar daha da genişlənəcək və Azərbaycanın tərəqqisinə əhəmiyyətli töhfə verəcəkdir”, - deyə Cəlal Orucov vurğulayıb.
“PAŞA Bank” 15 illik fəaliyyəti boyunca bizneslərin etibarlı tərəfdaşı olaraq müştərilərin artan ehtiyaclarının öncədən təyin edilməsinə, onların ehtiyaclarına uyğun şəkildə hazırlanmış məhsul və xidmətlər dəstinin təklif olunmasına xüsusi önəm verib. Bununla da Bank, biznes proseslərini sadələşdirməkdə, sahibkarlara zamanlarına qənaət etməkdə, bütün diqqəti bizneslərinin inkişafına yönəltməkdə yardımçı olmağı və bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
