İran və Azərbaycan SES-lərin maliyyələşdirilməsi ilə bağlı sənəd imzalayıb
İran və Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.
Xarici mətbuata verdiyi məlumata görə, bunu Bakıda birgünlük səfərinin sonunda çıxış edən İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.
Onun sözlərinə görə, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları üzərində bəndlərin tikintisi üzrə işlər sürətləndiriləcək.
Mehrabian əlavə edib ki, İran-Azərbaycan əlaqələrinin mühüm məsələlərindən biri su ehtiyatlarını idarə edilməsi və su elektrik stansiyalarında elektrk enerjisinin əldə edilməsi üçün Araz sərhəd çayına birgə sərmayə qoymaqdır.
İranlı nazir bildirib ki, səfər zamanı çox yaxşı razılaşma əldə edilib və iki ölkə arasında mühüm sənəd imzalanıb. Bunun əsasında müvafiq maliyyələşmə ilə iki bəndin tikintisi sürətlənəcək. İki bənd 1,7 milyard kubmetr su saxlaya bilər və onlara bitişik tikilən su elektrik stansiyaları tərəfindən təxminən 300 meqavat elektrik enerjisiı istehsal olunacaq”.
Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 meqavatdır. O cümlədən “Xudafərin” SES-in gücü 200 meqavat, “Qız Qalası” SES-in gücü isə 80 meqavatdir. Hər iki elektrik stansiyasının 716 milyon kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mliyon kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.
Xatırladaq ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və SES-lərin tikintisinə 1992-ci ildə başlanılıb. Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etdikdən sonra tikinti işləri dayanıb və yalnız 2016-cı ildə İranla əldə olunmuş razılığa əsasən bərpa edilib. Yeni sazişdə tikintinin davam etdirilməsi ilə yanaşı su ehtiyatlarından və elektrik enerjisindən birgə istifadə də öz əksini tapıb. Həmçinin, sazişdə “Xudafərin” körpüsünün birgə mühafizəsi də öz əksini tapıb.
Qeyd edək ki, SES-lərin tikintisinin 2-2,5 ilə yekunlaşdırılması nəzərdə tutulub.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























