Qax Aqroparkın bağlarında məhsul yığımı həyata keçirilir
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə iyulun 5-də “Ulu Agro” MMC-nin Qax Aqroparkına mediatur təşkil edilib.
Media nümayəndələri aqroparkın fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, 2018-ci ilin oktyabrından fəaliyyətə başlamış “Ulu Agro” MMC-nin Qax Aqroparkının ümumi ərazisi 2044 hektar təşkil edir və bunun da 795 hektarında meyvə bağları salınıb. Meyvə bağlarında İspaniya, Fransa və Türkiyədən gətirilmiş və məhsuldarlığı yüksək olan ağaclar əkilib. Artıq ərik, gilas, nektarin, şaftalı bağlarında məhsul yığımı həyata keçirilir.
Bu il aqroparkda həmçinin, 200 hektarda arpa, 850 hektarda buğda, 200 hektarda erkən qarğıdalı əkilib. Hazırda aqroparkda buğda biçini aparılır və hər hektardan orta hesabla 65,7 sentner məhsul əldə edilir. Biçin aparılmış sahələrdə isə yay şumu işləri görülür. 200 hektarlıq qarğıdalı sahəsinin hər hektarından isə 140-150 sentner məhsul götürülməsi planlaşdırılır.
Aqropark fəaliyyətə başladığı gündən dövlət dəstəyi ilə əhatə olunub. Belə ki, infrastruktur (yol) layihələri, enerji və suvarma suyu təchizatı dövlət dəstəyi ilə təmin edilib.
112 nəfərin daimi, 600 nəfərdən çox insanın mövsümi işlə təmin edildiyi aqroparkda 4500 tonluq silo kompleksi, ümumi tutumu 4000 ton olan 4 üstü örtülü taxıl anbarı, 4 suvarma hovuzu vardır. Aqroparkda 3 nasos stansiyası və 28 pivot suvarma sistemi quraşdırılıb və bu da ümumilikdə 856 hektardan çox ərazinin suvarılmasına imkan verir. Aqroparkın meyvə bağlarının ərazisi isə İsrail texnelogiyası olan damcılı suvarma sistemi vasitəsilə suvarılır.
Aqroparkda 50 hektardan artıq ərazidə meyvə çeşidlərindən ibarət aqroturizm sahəsi yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
32 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
38 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 44 d. əvvəl
-
56 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























