Quşçuluq təsərrüfatları ixtisaslı laboratoriya ilə əməkdaşlığa başlayır
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) ilə Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi Tədqiqat İnstitutunun (BETİ) rəhbərliyi arasında görüş keçirilib.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, tərəflər arasında bu əməkdaşlığa imkan verəcək memorandum imzalanıb.
APEPEA üzvləri BETİ-yə məxsus müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya ilə tanış olublar. BETİ- nin direktoru Sialə Rüstəmova quşçuluq təsərrüfatlarına quş xəstəliklərinin diaqnostikası, quş ətinin analizi, təsərrüfatlarda çalışan baytar həkimlərə təlimlərin keçirilməsi və sair istiqamətlərdə Assosiasiyaya dəstək verməyə hazır olduqlarını bildirib. APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda qeydiyyatdan keçmiş əsas laboratoriyalardan biri ilə əməkdaşlığın quş əti istehsalçılarına geniş imkanlar yaradacağını qeyd edib. Bildirib ki, bir sıra hallarda tələblərə cavab verməyən kəsim məntəqələrində kəsilərək ölkə bazarlarına çıxarılan toyuq ətinin keyfiyyət və təhlükəsizlik parametrlərinə görə yoxlanması zərurəti yaranır. Bu kimi hallarda BETİ-nin laboratoriyasının xidmətlərindən yararlanmaq bazarlara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını vaxtında almağa imkan verəcək.
İmzalanmış memoranduma əsasən APEPEA və BETİ təsərrüfat subyektlərində quşların saxlanması, bəslənməsi, xəstəliklərə qarşı diaqnostiki müayinələrin aparılması, məhsuldarlığın yüksəldilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinə qərar veriblər. Bundan əlavə, tərəflər təsərrüfat subyektlərində riskləri qiymətləndirməklə epizootoloji sabitliyin qorunması, sağlamlaşdırıcı tədbirlərin vaxtında aparılması, profilaktiki vaksinasiyadan sonra immunitetin yoxlanılması məqsədi ilə aşağıda qeyd olunan monitorinq və diaqonstik müayinələrin aparılmasında razılığa gəliblər:
-vaksinasiya aparılan xəstəliklərin seromonitorinqinin təşkili;
-xüsusi təhlükəli xəstəliklərin PZR müayinəsi;
-mikrobioloji müayinələrin aparılması;
-biotəhlükəsizlik təlimlərinin təşkili;
-quşçuluq müəssisələrinin elmi əsaslarla idarə edilməsi və elmi-tədqiqat işlərinin aparılması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























