Bakıda “VTB (Azərbaycan) Kuboku” adlı futbol turniri keçirilib
(®) “Bank VTB (Azərbaycan)” ASC-nin dəstəyi və “Baku Sporting” futbol klubunun təşkilatçılığı ilə Bakıda 11 yaşadək uşaqlar arasında “VTB Azərbaycan Kuboku” adlı futbol turniri keçirilib. Üç yarış gününün yekunlarına görə, turnirdə ev sahibi “Baku Sporting” komandası qalib gəlib.
Turnirdə Bakı, Sumqayıt və Qusardan 8 komanda iştirak edib. Açılış mərasimindən sonra turnirin püşkatma mərasimi keçirilib və nəticədə komandalar 2 qrupa bölünüb. A qrupunda “Baku Sportinq”, “Zirə”, “Təkin” və “Səbail” komandaları, B qrupunda isə “Sumqayıt”, “Metak”, “Neftçi” və “Mübariz” yarımfinala çıxmaq uğrunda mübarizə aparıb. Final qarşılaşmaları və mükafatlandırma mərasimi iyulun 3-də baş tutub.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Üç yarış gününün nəticələrinə əsasən, finalda turnirin ev sahibi “Baku Sporting” komandası ötənilki qalib Sumqayıt komandası ilə qarşılaşdı. Gərgin keçən oyunda 1:0 hesabı ilə “Baku Sporting” komandası qalib gələrək turnirin qalibi olub. Üçüncü yeri “Metak” komandası tutub. Qalib və mükafatçılar kubok və medallarla təltif olunublar. Turnirin bombardiri, ən yaxşı oyunçusu və ən yaxşı qapıçısına da fərdi mükafatlar təqdim olunub.
Açılış mərasimində “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin üzvü, pərakəndə biznes departamentinin direktoru Yevgeni Borodin idman tədbirinin bütün iştirakçılarını təbrik edib:
“İdman və sağlam həyat tərzinin təbliği VTB Azərbaycanın sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bankımız buna görə də ardıcıl ikinci ildir ki, “VTB (Azərbaycan) Kuboku” uşaq futbolu turnirinə dəstək verir. Ötən il altı komanda qələbə uğrunda mübarizə aparırdısa, bu il onların sayı 8-ə yüksəlib. İştirakçıların sayının getdikcə artmasına şadıq və bunun yaxşı ənənəyə çevriləcəyinə ümid edirik. Bütün yarış iştirakçılarını ürəkdən təbrik edir, onlara gələcəkdə peşəkar uğurlar və qələbələr arzulayıram”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























