Birjalarda son vəziyyət
EUR.
Ötən həftə Amerikada açıqlanan mənfi makroiqtisadi göstəricilər fonunda FED-in növbəti toplantıda faiz dərəcələrini 0.75% artıracağı ehtimallarının yüksəlməsi EURUSD məzənnəsinin kəskin ucuzlaşmasına səbəb olsa da məzənnə 1.0380 hədlərindən dəstək görməkdədir.
Təhlillərə əsasən, cütlüyün qiyməti 1.0380 səviyyəsinin altına düşsə, 1.03000 hədlərinə kimi ucuzlaşa bilər.
GBP.
GBPUSD məzənnəsində də eniş tendensiyasının davam etdiyi müşahidə olunur. Əgər 1.2070 həddi aşağıya doğru qırılsa, funt sterlinqin dollar qarşısında 1.1980 hədlərinə qədər ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Bu həftə ərzində Avropa Mərkəzi Bankının və Amerika Federal Ehtiyyatlar Sisteminin son toplantılarının protokollarının dərci investorlar tərəfindən maraqla gözlənilir. Həmçinin cümə günü Amerikada açıqlanacaq əmək bazarı göstəriciləri, xüsusən də “NFP” rəqəmləri diqqət mərkəzində olacaqdır.
TRY.
TCMB ötən həftə reallaşdırdığı intervensiyay baxmayaraq USDTRY məzənnəsində “buğa”lar yenidən üstünlüyü ələ keçiriblər. 16.76TL qırılacağı təqdirdə qiymətin 17.16TL-yə qədər bahalaşması ehtimal olunur.
OIL.
Ötən həftənin son ticarət günündə 113-a kimi ucuzlaşsa da, neftdə artım trendinin qorunduğu ehtimal olunur. Brent markalı neftin bir barel üzrə qiyməti 115$-ın üzərinə yüksələrsə, yenidən 118$-a kimi bahalaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Enişlə başa vurduğu həftənin ardından qızıl 1780$-dan dəstək alaraq yeni həftəyə bir qədər artımla başlayıb.Qiymətli metalın bir unsiya üzrə dəyərinin 1813$-ın üzərində möhkəmlənə bilsə, 1825$-a (58.68$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
"Azərkosmos"ın ixracı cüzi artıb
Ən çox oxunanlar
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb






.jpg)







.jpg)







