Bakıda ilk “Ulduz Premium Chocolate” butiki açıldı
Ulduz şokolad fabriki Bakının Neftçılər prospekti 91 ünvanında (Qız qalasının yaxınlığında) ilk “Ulduz Premium Chocolate” butikini açıb. Bu barədə “Marja”ya “Veysəloğlu” şirkətlər qrupundan bildirilib.
Fabrik dünya şokolad tarixində ilk dəfə olaraq ənənvi dadlar ilə yanaşı milli dad olan kəklikotulu və darçınlı şokoladlar da satışa çıxardıb.
“Respublikamızda həyata keçirilən beynəlxalq tədbirləri və gələn çox saylı qonaqları, o cümlədən turistləri nəzərə alaraq fabrik şokolad məhsularının üst dizaynında və qablaşdırılmasında da çalışıb ki, Azərbaycanın milli ornamentlərini, tarixi abidələrini əks etdirsin.
Yeni istifadəyə verilən butik paytaxt sakinləri ilə yanaşı, şəhərimizin çox saylı qonaqları üçün yeni dad olan məhsullarını müştərilərin seçiminə uyğun olaraq qablaşdıraraq “Made in Azerbaijan” brendi ilə təqdim edəcək”,- Şirkətin məlumatında deyilir.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
11 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























