Azərbaycan brendinin ətrinə reklam çəkilir - Nəsrin Cavadzadə Şuşada
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Şuşaya səfər edib.
Məlumata görə, sənətçi "Mugham" brendinə məxsus "Karabakh Bouquet - 1752" ətrinin video çarxında çəkilir.
Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan "Karabakh Bouquet -1752" ətrinin çəkilişləri elə bu səbəbdən Şuşada aparılır.
Qeyd edək ki, 6 yaşından Türkiyəyə köçən aktrisa Nəsrin Cavadzadə ilk dəfədir ki, Azərbaycana reklam çəkilişi ilə bağlı gəlib.
"Yersiz yurdsuz", "Kiçik ağa", "Yasak alma", "Üç kuruş" kimi məşhur seriallarda iştirak edən sənətçi "Quzu" filmindəki roluna görə Antalya Qızıl Portağal Film Festivalının "Ən Yaxşı Qadın aktrisa" mükafatına layiq görülüb.
Xatırladaq ki, bu günlərdə İtaliyanın Milan şəhərində keçirilən “Esxence” beynəlxalq sərgisində təqdim olunan "Mugham" parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























