Unibankdan ipoteka götürənlərin 90%-dən çoxu kampaniyadan faydalanıb
(®) “Unibank”ın 7%-lik ipoteka kampaniyası davam edir.
İyunun sonunadək uzadılan kampaniya çərçivəsində müraciət edənlər ipoteka kreditlərini 1% daha aşağı faizlə əldə edəcəklər. “Unibank”ın aşağı faizli ipoteka krediti kampaniyası, şəxsi mənzil sahibi olmaq istəyənlərin kredit ödənişlərini daha da sərfəli etməyə hesablanıb. Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) əldə etmək mümkündür.
“Unibank”ın İpoteka Kreditləri şöbəsinin müdiri Xalid Hətəmov bildirib ki, bankdan adi şərtlərlə ipoteka krediti götürmək istəyənlərin əksəriyyəti kampaniyadan faydalanmağa üstünlük veriblər:”Bu ilin 5 ayında 24 sosial (güzəştli), 38 adi ipoteka krediti rəsmiləşdirilib. Adi şərtlərlə ayrılan ipoteka kreditlərinin 90%-dən çoxu 7%-lə ayrılıb. Bu həm də endirimli faizdən faydalanan vətəndaşlarımızın ümumi kredit ödənişi dövründə 10-15 min manat əlavə faiz ödənişindən azad olunması deməkdir. Digər diqqətçəkən məqam kampaniya çərçivəsində vətəndaşların ipoteka ilə aldığı evlərin 65%-nə yaxınının 2005-ci ildən sonra tikilmiş mənzilər olmasıdır”.
İpoteka kreditləri üzrə müraciətləri indi edin ki, endirimli faizdən faydalananlardan olasınız!
Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox ipoteka krediti verilib.
İpoteka kreditləri "Unibank”ın "Yasamal”, "Sumqayıt” və "Kəpəz” filiallarında ayrılır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook, Twitter və Instagram səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















