ABB-nin “American Express” kartlarında böyük endirimlər!
(®) Azərbaycanda “American Express” (AMEX) beynəlxalq ödəniş sisteminin yeganə tərəfdaşı olan ABB AMEX kartlarına sahib olmaq istəyənlər üçün gözəl bir imkan yaradıb.
Mayın 21-dən start verilən kampaniya zamanı AMEX Green və AMEX Gold kartlarını Bankdan böyük endirimlərlə əldə etmək olar. Belə ki, kampaniya müddətində 3 illik AMEX Express Green kartını 120 manat əvəzinə cəmi 30 manata, AMEX Gold kartını isə 300 manat əvəzinə cəmi 150 manata almaq olar.
Kampaniya müddətində AMEX Green kartı cəmi 100 manat və ya 100 ABŞ dolları mədaxillə müştərilərə pulsuz təklif edilir. AMEX Gold kartını isə 500 manat və ya 500 ABŞ dolları mədaxillə pulsuz almaq mümkündür. AMEX kartlarını endirimlə ABB-nin bütün filial və şöbələrindən ala, eləcə də onlayn qaydada sifariş verə bilərsiniz. Hesaba mədaxillə pulsuz AMEX kartlarını isə ABB-nin bütün filial və şöbələrindən almaq mümkündür. Bu kampaniya fürsəti iyulun 21-ə qədər davam edəcək.
AMEX kartlarının ən böyük üstünlüklərindən biri dünyanın müxtəlif ölkələrindəki ticarət və xidmət məkanlarında sahibinə böyük endirimlər qazandırmasıdır. Müştəri, eyni zamanda, "American Express"in üzvlük proqramlarından da istifadə edərək müxtəlif güzəştlər əldə edir. Bundan başqa, 7/24 rejimində xidmət göstərən unikal “American Express Konsyerj” xidmətindən faydalanmaqla səyahətləri əvvəlcədən planlaşdırmaq, bu şəxsi köməkçinin dəstəyi ilə bir çox səyahət problemlərini (otel, bilet, taksi sifarişi və s.) asanlıqla yoluna qoymaq mümkündür. AMEX kartları haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
10 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
19 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




























