Azərbaycanda əmtəəlik qaz hasilatı isə 16,5 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında 27,4 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 15,1 faiz artmışdır.
Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma sektorunda, 21,1 faizi emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 16,5 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,5 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, tikinti materiallarının istehsalı 72,3 faiz, elektrik avadanlıqlarının istehsalı 60,8 faiz, mebel istehsalı 58,4 faiz, geyim istehsalı 55,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 52,2 faiz, hazır metal məmulatlarının istehsalı 34,3 faiz, maşın və avadanlıqların istehsalı 30,8 faiz, poliqrafiya məhsullarının istehsalı 30,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,9 faiz, kağız və karton istehsalı 26,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,0 faiz, qida məhsullarının istehsalı 8,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,8 faiz artmış, neft məhsullarının istehsalı 7,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,2 faiz, tütün məmulatlarının istehsalı 11,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 12,3 faiz, içkilərin istehsalı 14,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)








.jpg)




