"Xəzərdəki bəzi neft yataqlarının birgə işlənilməsi Azərbaycan tərəfi ilə müzakirələr aparılır"
Xəzər dənizindəki bəzi neft yataqlarının birgə işlənilməsi istiqamətində Azərbaycan tərəfi ilə müzakirələr aparılır.
Bu sözləri İranın Milli Neft Şirkətinin baş direktoru Möhsin Xocəstə Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib. O bildirib ki, İran yaxın qonşusu və neft ölkəsi olan Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu sahədə hər iki ölkənin böyük təcrübəsi var.
Baş direktor Türkmənistan qazının İran vasitəsilə Azərbaycana ötürülməsinə toxunaraq bildirib ki, bu addım strateji əhəmiyyət daşıyır. İran Türkmənistanda hasil edilən qazı alaraq bir hissəsini özü istifadə edir, digər hissəsini isə Azərbaycana təhvil verir. Bu İranın geopolitik mövqeyini və tranzit üçün potensialının göstəricisidir.
Möhsin Xocəstə deyib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində Qərb dövlətləri ilə danışıqlar davam edir. Sanksiyaların ləğvindən sonra İran neft və qaz ixracatını 2 dəfə artırmağa hazırdır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 43 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
























