Bakı Enerji Forumu keçiriləcək
İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək.
Bakı Enerji Həftəsinin bir hissəsi olan forum qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətlərin rəhbərlərini və mütəxəssislərini bir araya gətirərək, mövcud çağırışları, enerji sənayesinin inkişaf yollarını və tərəfdaşlıqları müzakirə edəcək.
Bakı Enerji Forumu bu illər ərzində enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz konfransının ənənələrini davam etdirəcək və öz proqramını yeni enerji seqmentləri ilə genişləndirəcək.
Bu il forumda dünyanın 20 ölkəsindən 300-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.
Forumun proqramına aktual mövzular da daxil edilib: “Qlobal enerji perspektivləri”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi”, “Ekoloji və sənaye təhlükəsizliyin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar”, “Qaz dialoqu: dekarbonizasiya dövründə qaz infrastrukturunun rolu”, “Neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr”, “Neft-qaz sahəsinin dayanıqlı inkişafı: yeni rəqəmsal cəbhə”. Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.
Tədbirin məruzəçiləri: Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri; İraq Respublikasının neft naziri; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF); ABŞ-nın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri; SOCAR, bp, TPAO, Equinor, Uniper, Tenaris, TotalEnergies, Masdar, ACWA Power, Lamor Corporation və enerji sektorunun ən əsas şirkətlərin rəhbərləri.
Yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər forumun proqramına daxildir.
Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR – ın rəsmi dəstəyi ilə həyata keçirilir.
Bakı Enerji Forumunun sponsorları arasında: əsas tərəfdaş SOCAR, qızıl sponsorlar - bp, Equinor, Masdar, gümüş sponsor - INPEX, bürünc sponsorlar - PAŞA Bank, Tenaris, TotalEnergies, Uniper SE, Microsoft, Baker Hughes, TechnipFMC.
Ətraflı məlumat linkdə mövcuddur https://bakuenergyforum.az/ .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
37 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı




























