Bakı metrosu yeni nəsil qatarlar ilə təchiz ediləcək - MÜQAVİLƏ İMZALANACAQ
Bu gün "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan "Transmaşholdinq" QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, görüşdə əməkdaşlığın geniş perspektivləri, fikir və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub.
Müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək. Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək. Asinxron dartı mühərriki ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalı idarəetmə sistemləri tətbiq edilib. Həmçinin, əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət olunacaq.
Xatırladaq ki, Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan "Metrovaqonmaş" şirkəti 2015-ci ilin aprel ayında "Transmaşholdinq" QSC-nin bloklayıcı paketinin sahibi Fransanın "Alstom" şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz edib. Müqaviləyə əsasən, istehsal olunacaq qatarlar daha təkmilləşdirilmiş olacaq. Sərnişin rahatlığı və təhlükəsizliyinin müasir tələblərinə cavab verəcək səs-küysüz, kondisionerləşdirilmiş və mikroiqlim nəzarəti olan vaqonlar geniş qapı keçidi ilə seçiləcək. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm olacaq. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Vaqonların sahəsi əvvəlki modellərdən fərqli olaraq 15 faiz genişləndirilib və döşəməsi yeni kompozit materiallardan hazırlanır. Daha etibarlı və uzunömürlü işıqdiodlu işıqlanma sistemi həm də salonun mikroiqlim şəraitinə də uyğunlaşdırılır. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri, eləcə də oturacaqları və tutacaqları da əvvəlkilərlə müqayisədə daha təkmilləşdirilərək, sərnişin rahatlığı baxımından yeniliklərlə zənginləşdirilib.
Ümumiyyətlə, Bakı metrosu üçün istehsal olunacaq yeni qatarlar bir sıra yenilikləri ilə seçiləcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















