Orxan Bağırov yeni Mələk İnvestorlar Klubuna rəhbər təyin edilib
İnvestAZ İnvestisiya Şirkətində və GoldenPay şirkətində Müşahidə Şurasının üzvü olan Orxan Bağırov “Technovate Mələk İnvestorlar Klubu”nun rəhbəri təyin edilib.
Bunu Marja-ya ABŞ şirkəti “Technovate İnvestments”in qurucusu Fərid İsmayılzadə bildirib.
Fərid İsmayılzadə Azərbaycanda “Technovate Mələk İnvestorlar Klubu”nun yaradıldığını elan edib:
"Klubumuzu ilk dəfə elə ilk üzvlərlə birlikdə "Lotfi Zadeh Technology Center"-də 18 apreldə baş tutmuş görüşümüzdə təməlini qoyduq. Bu müsahibəni oxuyan, risk etmək həvəsi yüksək olan, ildə təxminən 10-50 min dollar məbləği qlobal startaplara yatırtmaq istəyən, qarşılığında 10, 100, bəzən hətta 1000 dəfə çox gəlir əldə etmək istəyən, amma alınmasa da o pulu itirməyi göz önünə alan, dünyanın müsbət dəyişimində rol almaq istəyən soydaşlarımızı bu kluba qoşulmağa çağırıram. Bu klub mənim üçün yeni deyil. Belə ki, biz startaplarımıza “Sand Hill Angels”, “Sacramento Angels” və s. bu tip klublardan vəsaitlər cəlb etmişik. Onların bəzilərinin də üzvüyəm. Əlbəttə ki, bizim bu klub Amerikadakılar ilə müqayisədə ölçü baxımından olduqca kiçik olacaqdır, amma bu ölkəmizdə mələk investisiyası riskini götürmək istəyən investorlar üçün yaradılacaq ekosistem baxımından çox vacib addımdır. Kluba üzvlük individual olaraq qiymətləndirilir. Müraciət etmək üçün www.technovateangels.com səhifəsi üzərindən məlumatları doldurub qeydiyyatdan keçmək lazımdır. İlk öncə klubda bəlli saya çatdıqdan sonra məzmunca zəngin olacaq təlimlər, vebinarlar keçirməyi düşünürəm. Yerli investorlarımızın xarici investorları dinləməsini, onların təcrübələrini öyrənməsi çox vacib nəaliyyət olacaq.Sonra isə klubumuza üzv olan investorlar Technovate-ə dünyanın istənilən nöqtəsindən müraciət etmiş və Technovate-in “süzgəcindən” keçən startaplara, müstəqil olaraq investisiya etmək imkanı veriləcək".
Fərid İsmayılzadə qeyd edib ki, Orxan Bağırov Kluba rəhbər təyin edilib:
"Kluba rəhbərliyi üçün bu sahədə biliyinə çox güvəndiyim, eyni zamanda investisiya və texnaloji sahədə 10 ildən çox təcrübəsi olan Orxan Bağırova təklif etdim və o da razılaşdı. Orxan Bağırov hazırda İnvestAZ İnvestisiya Şirkətində və GoldenPay şirkətində Müşahidə Şurasının üzvüdür. Klubun idarəçiliyi digər məsələlər onun nəzarətində olacaq. Klubun cari işləri ilə məşğul olması üçün katibliyi də olacaq. Mən isə harda olmağımdan asılı olaraq investorlara lahiyələrin gəlməsi, onların inkişafı və məlumatlandılmasında aktiv iştirak edəcəyəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 19 d. əvvəl
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















