Bakıda ən son avadanlıqlar ilə təchiz edilmiş tibbi laboratoriya fəaliyyətə başladı - FOTO, VİDEO
Azərbaycanda dünyanın ən son laboratoriya avadanlıqları ilə təchiz edilmiş tibbi diaqnostika mərkəzi fəaliyyətə başlayıb.
Bakı şəhəri Aşıq Molla Cümə küçəsi 44 ünvanında yerləşən “Ellab Diaqnostika” bütün istiqamətlərdə mikrobiologiya, genetika, immunalogiya, biokimya və s. sahələrində dəqiq analizlər aparır.
Ellab Diaqnostika mərkəzi müştərilərinə keyfiyyətli xidmət, münasib qiymət və analiz nəticələrində dəqiqlik barəsində zəmanət verir. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə aparılmayan bütün laborator xidmətlərin yerli bir laboratoriyada aparılmasını təmin etmək, pasiyentlərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli laborator və poliklinik xidmətlər göstərməkdir.
Ellab Diaqnostikada quraşdırılan Siemens, Roche, Biomerius, Tecan, Beckman, Acces 2, Redcell, Berkhun SDM-100, ERBA 760, Rotor Gene-Q, Atellica 630, COBAS E 411, Vitek 2, Bact/Alert 3 D, Proviva və s. kimi ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar həm sizin gözləmə müddətinizi qısaldır, həm də daha dəqiq nəticələr almağınızı təmin edir.
“Ellab Diaqnostika" beynəlxalq standartlarda olduğu kimi analizlərin aparılması və diaqnozun düzgün təyin olunmasından ötrü tibbi cihazları hər gün kontrol va kolibrator yoxlamalarından keçirir. Laboratoriya eyni zamanda Türkiyə, Almaniya, ABŞ-ın qabaqcıl klinikalarının laboratoriyaları ilə müqavilə əsasında Azərbaycanda edilməyən nadir analizləri də qəbul edir.
Qeyd edək ki, Ellab diaqnostika mərkəzində 32000-dən artıq genetik test, 1500-dən artıq müxtəlif növdə laborator müayinələr aparılır. Müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır va analizlər həmin təlimat əsasında həyata keçirilir. İnteqrasiya sistemi vasitəsi ilə müayinə nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə tibb-texniklərin nəzarətindən, ikinci mərhələdə həkim laborantlar, üçüncü mərhələdə isə klinika direktoru, biokimya və molekulyar biologiya Uzm.Dr.Eldar Əliyevin nəzarətindən keçir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasiyentə təqdim olunur.
"Ellab Diaqnostika"ya müraciət edərək vaxtınıza və büdcənizə qənaət edəcək, eyni zamanda keyfiyyətli xidmət alacaqsınız.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 30 d. əvvəl
-
- 47 d. əvvəl
-
50 d. əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
1 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı






















