SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz kəskin artıb
SOCAR 2022-ci ilin 1-ci rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin birinci rübündə SOCAR qazma üzrə artıma nail olmuşdur. Şirkət tərəfindən 18 min metrdən artıq qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunub. Neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan çox neft və 11,8 milyard kubmetr qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,1 milyon tona yaxın xam neft, Gürcüstan bazarına isə 770 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 50,6 faiz artıb.
Qeyd edilib ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,7 milyon tona yaxın neft, 5,9 milyard kub metr qaz ixrac edilmişdir. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artım qeydə alınmışdır.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft, 948 milyon kubmetrə11 yaxın təbii qaz emal olunmuşdur. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artmışdır. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir.
Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 9,3 faiz artaraq təqribən 4,8 milyard kub metr təşkil edib. Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3 faizə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)






