Azərbaycanda neft hasilatı 5,4 faiz azalıb, qaz hasilatı 16,4 faiz artmıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 20,6 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 18,1 faiz artmışdır.
Sənaye məhsulunun 73,7 faizi mədənçıxarma sektorunda, 21,6 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 16,4 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 83,8 faiz, mebel istehsalı 70,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 69,1 faiz, əczaçılıq məhsullarının istehsalı 67,4 faiz, geyim istehsalı 50,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 34,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,3 faiz, kağız və karton istehsalı 27,3 faiz, poliqrafiya məhsullarının istehsalı 25,2 faiz, maşın və avadanlıqların istehsalı 23,0 faiz, neft məhsullarının istehsalı 16,2 faiz, hazır metal məmulatlarının istehsalı 15,2 faiz, qida məhsullarının istehsalı 9,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,4 faiz, tütün məmulatlarının istehsalı 4,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,1 faiz artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,8 faiz, içkilərin istehsalı 20,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 4 d. əvvəl
- 28 d. əvvəl
-
37 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
41 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
59 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)







.jpg)



