Şirkət bu kəndin torpaq sahələrini və evlərini alır
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mövcud istehsalat sahələrinin inkişaf etdirilməsi, genişləndirilməsi, o cümlədən yeni mədənlərin yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə Göygöl rayonunun Tülallar kəndi yaxınlığındakı eyniadlı geoloji kəşfiyyat sahəsində də müvafiq işlər görülür. Cari ildə istismara verilməsi planlaşdırılan “Tülallar” mədənində hasil ediləcək filizlərin də Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində (ÇİRES) hazırda inşa edilməkdə olan filiz emalı zavodunda maksimum səmərəliliyi təmin edən çən aşındırma (CİL) metodu ilə emal edilməsi hədəflənir.
“AzerGold”un yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Tülallar”la yanaşı onun cinah sahələri, “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş 2”, eləcə də ötən il Cəmiyyətin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.
Qeyd edilib ki, hazırda Tülallar geoloji kəşfiyyat sahəsi və ətraf ərazilərdə yerləşən xüsusi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin Cəmiyyət tərəfindən istifadəyə götürülməsi üzrə “AzerGold” QSC-nin, Göygöl Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinin və Zurnabad bələdiyyəsinin təmsilçilərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərfindən zəruri addımlar atılır.
Belə ki, Tülallar kəndinin sakinləri ilə xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində istifadə hüquqlarının əldə edilməsi istiqamətində növbəti görüş keçirilib. “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Cəmiyyət tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin torpaq və digər əmlakların qiymətləndirilməsinə dair apardığı təhlillər barədə sakinlərə məlumat verib, prosesin məhz vətəndaşların maraqlarının qanunvericiliyin tələbələrinə uyğun qaydada nəzərə alınmaqla həyata keçiriləcəyini bir daha qeyd edib.
X.Fərzəliyev “Tülallar” mədəninin işə salınması ilə əhalinin, xüsusilə də gənclərin məşğulluğunun artırılacağını, ümumilikdə bölgənin iqtisadi inkişafına, rifah səviyyəsinin yüksəldilməsinə böyük töhfə veriləcəyini görüş iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra kənd sakinlərinin təklifləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, ilkin plana əsasən, geoloji kəşfiyyat sahəsinin əhatə dairəsinə düşən və ətrafında yerləşən fərdi yaşayış evlərinin və yarımtikililərin yerləşdiyi ərazilərdən istifadə hüququnun əldə edilməsi, növbəti mərhələdə isə torpaqların mövcud kateqoriyalarının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat kateqoriyasına keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı Cəmiyyətin rəhbərliyi, həmçinin İşçi Qrupun üzləri kənd sakinləri ilə mütəmadi olaraq görüşür, fərdi qəbullar təşkil edilir. Müvafiq qiymətləndirmə işləri çərçivəsində vətəndaşlarla yenidən görüşlər keçiriləcək növbəti addımlar barədə geniş məlumat təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 3 saat əvvəl
-
3 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 4 saat əvvəl
-
4 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Ən çox oxunanlar
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib





















