Azərbaycan şirkətinin törəməsi Türkiyənin nəhəng şirkətilə müqavilə imzalayıb
Prokon şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Prokon Makina, Insaat, Imalat, Montaj, Sanayi ve Ticaret Ltd."Şirkəti (Prokon Türkiyə) bildirir ki, "Türkiye Petrol Rafinerileri A.S." (Tüpraş) şirkəti ilə müqavilə imzalayıb.
Marja şirkətə istinadən xəbər verir ki, müqaviləyə əsasən "Prokon Türkiyə" şirkəti "Tüpraş İzmit" neft emalı zavodunda müxtəlif rezervuarların təmiri və modifikasiyası xidmətlərini göstərəcəkdir.
Müqavilə çərçivəsində "Prokon Türkiyə" xam neft, dizel, benzen, benzin və su çənləri də daxil olmaqla, qurğuların ömrünü uzatmaq məqsədilə altı saxlama çəninin modifikasiyası və təmiri işlərini həyata keçirəcəkdir.
Görüləcək işlərin həcminə altı çən üçün müvəqqəti tikinti keçidlərinin quraşdırılması, xüsusi örtükləmə və rəngləmə işləri, iki çən üçün metalquraşdırma işləri də daxildir. Orta hündürlüyü 14 metr olan rezervuarların həcmi 25 metr və 60 metr arasında dəyişir. Müqavilənin müddəti 14 aydır.
"Nobel Energy" şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: "“Prokon" şirkəti yaradıldğı 2012-ci ildən etibarən ölkə daxilində və xaricində bir çox genişmiqyaslı sənaye layihələrinin tikintisini uğurla başa çatdırıb təhvil vermişdir. Lakin Türkiyənin sənaye nəhəngi olan Tüpraş ilə imzalanmış müqavilə Prokonun tarixində yeni bir mərhələnin başlanğıcıdır, belə ki, şirkətimiz Türkiyənin yüksək rəqabətli tikinti sektoruna daxil olmuşdur.
Türkiyə tikinti sənayesində beynəlxalq səviyyədə tanınır və bu xidmətləri dünyaya ixrac edən ölkələr arasında ön sıralarda yer alır. Biz Azərbaycan şirkəti olaraq, təsdiqlənmiş peşəkarlığımızı və təcrübəmizi dünyanın tikinti xidmətləri sahəsində ən böyük təchizatçılarından olan Türkiyəyə ixrac etməyimizlə qürur duyuruq.”
"Prokon Türkiyə" 3 fevral 2022-ci il tarixindən etibarən "Tüpraş" şirkətinin qeydiyyata alınmış və təsdiqlənmiş podratçı şirkətidir və sözügedən müqaviləni ən yüksək keyfiyyətdə təhvil verməklə, "Tüpraş"ın gələcək layihələrində də iştirak etmək niyyətindədir.
Qeyd edək ki, "Nobel Energy" şirkətlər qrupunun tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə yaradılan "Prokon" şirkəti, inteqrə edilmiş infrastruktur, eləcə də sənaye obyektlərinin və qurğularının tikintisi üzrə dizayn adoptasiyası, satınalma və tikinti xidmətləri həyata keçirir.
"Tüpraş" Türkiyədə yerləşən, xam neft və neft məhsullarının emalını həyata keçirən şirkətdir. Şirkətin İzmir, İzmit, Kırıkkale və Batman şəhərlərində neft email zavodları fəaliyyət göstərir ki, onların illik xam neft və neft məhsullarının hasilatı 33,2 milyon ton təşkil edir. Tüpraş şirkətinin 2021-ci il üzrə olan dövriyyəsi 11,3 milyard ABŞ dolları təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























