Azərbaycan - BƏƏ KOB Forumu keçirilib
Martın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması" mövzusunda 11-ci İllik İnvestisiya Konfransı (Annual İvestment Meeting – AİM) öz işinə başlayacaq.
Ənənəvi olaraq hər il keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunur.
İllik İnvestisiya Konfransı çərçivəsində martın 28-də “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda kiçik və orta biznes (KOB) üzrə Forum keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və “NEQSOL Holdinq”in dəstəyi ilə keçirilmiş “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirin məqsədi KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə platformanın təmin edilməsidir.
Tədbirdə çıxış edən Azərbaycan Respublkasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən sosial islahatlar, özünüməşğulluq proqramı, DOST mərkəzlərinin fəaliyyəti, sosial ödənişlərin elektron təyinatı mexanizmləri barədə məlumat verib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi–ticarət əlaqələri, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıq, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstək barədə danışıb.
Dubay Ticarət və Sənaye Palatasının Xarici əlaqələr idarəsinin rəhbəri Omar Xan çıxışında Azərbaycan və BƏƏ arasında KOB sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb, bu istiqamətdə palatanın birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, “AzerTelecom” MMC-nin İdarə Heyətinin sədri Stuart Evers, eləcə də biznes assosiasiyaların nümayəndələri və müxtəlif ölkələrdən olan iş adamları çıxışlarında birgə biznes təşəbbüslərinə, rəqəmsallaşmanın iqtisadi inkişafda roluna dair fikirlərini bölüşüblər.
Sonra tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda olublar.
Həmin gün həmçinin, KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun effektivliyi” mövzusunda seminar keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























