Reuters: Lukoil-in İsveçrə bölməsi sanksiyalara görə fəaliyyətini dayandırıb
Lukoil qrupu Rusiyada dörd neft emalı zavoduna, İtaliya, Rumıniya və Bolqarıstanda üç zavoda malikdir.Rusiyanın "Lukoil" neft-qaz şirkətinin ticarət "qızı" - İsveçrənin "Litasco" şirkəti Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaları səbəbindən əməliyyatların miqyasını azaldıb.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Reuters agentliyi məlumat yayıb.
Agentlik mənbələrə istinadən yazır: "Şirkət satış və tədarük üçün xam neftin alınmasını kəskin şəkildə azaldıb".
Məlumata görə, “Lukoil” qrupunun beynəlxalq ticarətinin yeganə operatoru olan “Litasco” “gündə 3,6 milyon bareldən çox neftin Avropa zavodlarına göndərilməsi və emal olunmuş məhsulların satışı ilə məşğul olub. Lukoil qrupu Rusiyada dörd neft emalı zavoduna, İtaliya, Rumıniya və Bolqarıstanda üç zavoda malikdir.
Lukoil şirkəti əməliyyatlarının həcminin azaldılması mövzusunu şərh etməkdən imtina edib və "Litasco" da bildirib ki, o, "şayiələr, biznes, kommersiya və siyasi məsələlərə münasibət bildirmir".
2022-ci il fevralın 24-dən etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyata görə Rusiyanın neft-qaz sektoruna qarşı tətbiq edilən sanksiyaların Rusiyadan neft və qaz tədarükünə qoyulan qadağaya birbaşa aidiyyatı yoxdur. Buna baxmayaraq, Avropa İttifaqı və ABŞ bir neçə mərhələdə Rusiyanın enerji sektoruna investisiyalara tam qadağa qoyub, həmçinin Rusiyada xammalın kəşfiyyatı, hasilatı və emalı üçün texnologiya və komponentlərin tədarükünü qeyri-mümkün edib. Eyni zamanda, ABŞ Rusiya neft və neft məhsullarını idxal etməkdən imtina edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















