“İnvest-AZ”dan həftəlik təhlil - Avro, neft və qızıl ucuzlaşa bilər
EUR.
Rusiya - Ukrayna müharibəsi fonunda avro və funt üzərində təzyiqlər artmaqda davam edir. Həmçinin çərşənbə günü keçirilən toplantısında FED-in faiz artımı ehtimalları da EURUSD cütlüyündə eniş tendnesiyasının dərinləşməsinə səbəb olur. Məzənnə 1.09 həddi altında qalsa, 1.07 hədlərinə qədər ucuzlaşa bilər.
Bu həftə cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri və AMB sədri Kristin Laqartın açıqlamaları investorların diqqət mərkəzində olacaqdır.
GBP.
Eyni texniki mənzərə GBP/USD məzənnəsində də müşahidə edilir. Lakin cümə axşamı günü keçirilən iclasdan sonra, İngiltərə Mərkəzi Bankının dekabr ayından bəri üçüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir.Amma rəsmilərin 0.5%-lik artımdan daha çox 0.25%-lik artıma üstünlük verəcəyi düşünülür. Qərara əsasən məzənnədə ciddi dalğalanma müşahidə oluna bilər.
TRY.
USD/TRY məzənnəsində lirənin zəiflədiyi müşahidə olunur. Məzənnə 14.87 həddi üzərinə yüksələ,15.91 həddinə qədər bahalaşa bilər. Cümə axşamı diqqətlər TCMB-nin növbəti toplantısına yönələcək.
OIL.
Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşan neft qiymətlərində hazırda korrektiv enişlər yaşansa da, eniş tendensiyası divergensiya ilə müşahidə olunur. Brent neftinin qiyməti 115$--ın üzərinə yüksəlsə, artım tendensiyası davam edə bilər. Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları Brent qiymətinin 93$-a enməsinə səbəb olub və korreksiya 88$-a kimi dərinləşə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qlobal risklər səbəbilə qızıla tələb yüksək olsa da, bu həftə FED-in faiz artımı ehtimalları fonunda qızılda enişlər müşahidə olunur. Qiymət 1958$-ın altına düşsə, eniş tendensiyası 1880$-a kimi davam edə bilər.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA














.jpg)







