Beynəlxalq Bankın bu xidmətinə 5 mindən çox müraciət olub
Azərbaycan Beynəlxalq Bankının bu ilin oktyabrından təqdim etdiyi ƏLA (Ən Lazımi Anda) xidmətlər böyük müştəri marağı ilə qarşılanıb. Bunu ƏLA brendi altında fəaliyyət göstərən elektron şöbəyə indiyə qədər müraciət etmiş müştərilərin sayı da təsdiqləyir. Bura oktyabrda 1932, noyabrda 2271, 15 dekabr tarixinə qədər isə 1189 olmaqla, ümumilikdə 5392 müştəri müraciət edib və onlara müxtəlif bank xidmətləri göstərilib. Bu barədə "Marja"ya Azərbaycan Beynəlxalq Bankından bildirilib.
Qeyd edək ki, Bakı şəhəri, Əliyarbəyov küçəsi - 9 ünvanında (Fəvvarələr meydanı) yerləşən və 24/7 rejimində çalışan elektron şöbə öz imkanlarına görə tək Azərbaycanda yox, ümumilikdə MDB məkanında bir ilkdir.
Ən müasir texniki vasitələrlə təchiz olunmuş şöbədəmüştəri unikal ƏLAmatik avadanlığından istifadə edərək bankın əməkdaşı ilə videoəlaqə yaradır və lazımi bank əməliyyatlarını günün istənilən saatında cəmi bir neçə dəqiqə ərzində asanlıqla həyata keçirir. Beləliklə, burada qısa zamanda yerindəcə ödəniş kartı əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, nağd vəsait almaq, hesaba vəsait yerləşdirmək, eləcə də digər əməliyyatlar yerinə yetirmək mümkündür.ƏLA xidmətlər çeşidinə ƏLAxətt (müştəri ilə videoəlaqə əsasında qurulan qaynar xətt), ƏLA köçürmə, ƏLAvə (mobil applikasiya), ƏLAkart, ƏLA çatdırılma (ödəniş kartının müştərinin ünvanında təcili çatdırılması), ƏLAkredit, ƏLAdepozit, ƏLAc krediti (mövcud kreditlərin yenidən maliyyələşdirilməsi) daxildir.
ƏLA xidmətlər təkcə ƏLA elektron şöbəsində yox, Bankın yeni açılmış “ABB-24” filialında (Nizami küçəsi-68) da təqdim edilir. Bütün bunlar barədə ətraflı məlumatı www.ela.az internet səhifəsindən və www.facebook.com/elabankaz səhifəsindən əldə etmək mümkündür.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəliMəlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)







.jpg)


