Bakcell-dən mobil internet istifadəçiləri üçün daha iki məhsul
Bakcell “Ən sürətli mobil rabitə şəbəkəsi 2016” mükafatına layiq görülüb və mobil internet istifadəçiləri üçün daha iki məhsulunu təqdim edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülüb. İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkətinin “Speedtest” xidmətindən istifadə etməklə Azərbaycanda abunəçilər tərəfindən 2016-cı ilin 2-ci və 3-cü rüblərində aparılmış yoxlamaların nəticələrinə görə, Bakcell şəbəkəsində ən yüksək endirmə (download) sürəti təmin edilir.
“Tətbiq etdiyimiz ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının sayəsində indi abunəçilərimiz Bakcell-in ultra-sürətli LTE şəbəkəsinin verdiyi üstünlüklərdən və yükləmə sürəti 225 Mbit/saniyəyə çatan ən sürətli mobil internet təcrübəsindən faydalana bilirlər. Bizim uzunmüddətli planlarımıza 4G şəbəkəmizin əhatə dairəsini bütün ölkə ərazisində genişləndirmək daxildir. Biz, həmçinin, axınlı yayım (streaming) və digər internet xidmətləri üçün istifadə edilə bilən xüsusi data paketlərimizi də böyük məmnuniyyətlə müştərilərimizə təqdim edirik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Ən yaxşı mobil internet təcrübəsi və ən sürətli şəbəkəsi ilə yanaşı, Bakcell aşağıda göstərilən 2 yeni innovativ və unikal mobil data məhsullarını da abunəçilərin istifadəsinə verir.
My hour – sənayedə ən unikal innovativ təkliflərdən biri olan bu məhsul müştərinin daha yüksək data sürəti/ istifadə intensivliyi üçün impulsiv, qeyri-iradi tələbatına əsaslanır. Saat (19:00-dan 01:00-dək) olan vaxtdan başqa günün istənilən saatında abunəçi xüsusi kodu yığaraq bu nadir təklifə abunə ola bilər. Bu təklifə abunə olduqdan dərhal sonra, müştəri növbəti 60 dəqiqə ərzində Limitsiz Mobil İnternetdən yüksək sürətlə istifadə etmək imkanına malik olacaq. Bizim bütün dəyərli abunəçilərimizə mobil internetdən əlverişli istifadə imkanı yaratmaq üçün hər bir müştəriyə bu təklifə gündə bir dəfə abunə olub mobil datadan istədiyi kimi istifadə etmək imkanı yaradılır.
YouTube Paketləri – YouTube Azərbaycanda ən populyar video izləmə / axınlı yayım (streaming) platformasıdır. Azərbaycanın müxtəlif bölgələrində insanlar “YouTube”da yerləşdirilən videoları izləməyə xeyli vaxt sərf edirlər. Telekommunikasiya bazarının ən qabaqcıl iştirakçısı kimi, Bakcell indi də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan xalqının rəqəmsal məzmuna olan tələbatına uyğun olan eksklüziv YouTube paketlərini təqdim edir. Bakcell abunəçiləri xüsusi kodu yığaraq bu eksklüziv təklifə abunə ola və hərəkətdə olarkən videoları kəsintisiz qaydada izləyə bilərlər. Bu təklif iki variantda təqdim olunur: müvafiq olaraq 2GB və 5GB, təklif 7 gün müddətində etibarlıdır.
Qeyd etmək lazımdır ki, Bakcell Azərbaycanda Instagram, WhatsApp və Facebook kimi eksklüziv təklifləri ilə rəqəmsal kommunikasiya vasitələri üzrə lider mövqeyə sahib olan yeganə telekommunikasiya şirkətidir. “Bakcell”in Klass tariflərindən faydalanan abunəçilər Whatsapp tətbiqinə limitsiz və pulsuz çıxış imkanına malikdirlər ki, bu da Bakcell şirkətinon öz abunəçiləri üçün optimal dəyərin təmin edilməsi prinsipinə bağlılığını bir daha nümayiş etdirir.
Ookla şirkətinə məxsus olan Speedtest tətbiqi internetin sürətini ölçmək və şəbəkənin diaqnostikası üçün ən dəqiq vasitə hesab edilərək, dünya üzrə istifadəçilər tərəfindən milyardlarla dəfədən çox istifadə edilir. Speedtest tətbiqinin vasitəsilə insanlar istifadə etdikləri mobil və sabit genişzolaqlı şəbəkə qoşulmalarının sürəti və keyfiyyəti barədə müstəqil analitik məlumat ala bilirlər. Nəticədə, istifadəçilər internetlə bağlı ortaya çıxan nasazlıqları aşkar etmək və aradan qaldırmaq üçün onlara lazım olan məlumatla təmin edilirlər.
“Speedtest Award” mükafatının qalibini müəyyən etmək üçün Ookla şirkəti yalnız bazarda geniş istifadəçi kütləsi üçün əlçatan olan ən sürətli texnologiyaya qoşulma qabiliyyətli müasir cihazlarla ölçülmüş nəticələri istifadə edir. Nəticədə, mobil şəbəkələr üçün “Speedtest Award” mükafatları müasir cihazlarda əldə olunan orta endirmə sürətinin göstəricilərindən istifadə etməklə hesablanır. Nəticələrə faktiki qoşulma texnologiyasından asılı olmayaraq, müasir cihazlarda ölçülmüş bütün sınaqlar daxildir. Bu metodologiya, həmçinin, şəbəkənin təkcə yüksək inkişaf etmiş ərazilərdəki işini deyil, mükafatın təyin olunduğu yerdə şəbəkənin ümumi iş keyfiyyəti haqqında məlumatı təmin edir.
Bakcell öz abunəçiləri üçün ən qabaqcıl mobil rabitə təcrübəsini təmin etmək üçün öz şəbəkəsinə investisiya qoyuluşlarını davam etdirəcək.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 14 saat sonra
- 11 saat sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
6 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
7 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş























