Rubl ABŞ və Avropa valyutalarına qarşı möhkəmlənib
Rusiya Federasiyası Mərkəzi Bankının Qərbin sanksiyalarına cavab tədbirləri fonunda rubl ABŞ və Avropa valyutalarına qarşı möhkəmlənir.Moskva birjasının ticarət məlumatlarına görə, dollar 90 rubldan aşağı düşüb. Moskva vaxtı ilə saat 10:24-də ABŞ valyutası 89,085 rubl dəyərində olub. Sonra Dollar bir qədər bahalaşaraq 91 rublu keçib.
Marja xəbər verir ki, avro isə 100 rubla qədər düşdükdən sonra 102 rubla qalxıb.
Birjadankənar valyuta bazarında dollar 110 rubldan, Avro isə 120 rubldan bahadır.
“Bu gün dollar-rubl cütlüyünün dinamikasını investorların sanksiyalar qorxusu müəyyən etməyə davam edəcək”, – Promsvyazbank-ın iqtisadi və sektoral təhlil departamentinin baş analitiki Yeqor Jilnikov bildirib.
Ekspert onu da qeyd edib ki, Maliyyə Nazirliyinin ixracatçıları valyuta gəlirlərinin 80%-ni satmağa məcbur etmək qərarı rublun ABŞ valyutası qarşısında möhkəmlənməsinə və bir dollar üçün 100 rubldan aşağı düşməsinə imkan verib. Onun sözlərinə görə, rubl xammalın yüksək qiymətləri ilə dəstəklənir.
Dünən birjada Dolların qiyməti 110 rublu, birjadankənar bazarda isə 130 rublu keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)







