Qızılda "Putin bahalaşması"
Rusiya prezidenti Vladimir Putinin Ukraynada gərginliyi artıran qərarlarından sonra qızılın qiyməti yenidən 1900 dolları keçərək, təxminən 1 ilin ən yüksək səviyyəsinə çatıb.Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı separatçı qüvvələri tanımasından sonra qızılın qiyməti yenidən 1900 dolları ötüb.
Marja xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Putin çıxışında Kiyev administrasiyasının Donbasda hərbi qərardan başqa heç bir qərarı tanımadığını qeyd edərək, “Bu kontekstdə "Donetsk Xalq Respublikasının" və "Luqansk Xalq Respublikasının" "müstəqilliyini" tanımaq üçün çox gec də olsa bir qərar qəbul etməyi zəruri hesab edirəm”,- bildirib.
Putinin qərarı qlobal bazarlarda risk iştahını aşağı salsa da, "təhlükəsiz sığınacaqlara" olan tələbləri artırıb. ABŞ-da Nasdaq 1,23 faiz, S&P 500 isə 0,72 faiz ucuzlaşıb. ABŞ fyuçersləri isə daha kəskin itkilərə malikdir.
Ötən həftənin sonuna doğru geosiyasi risklərin artması ilə qızılın unsiyası uzun müddətdən sonra ilk dəfə 1900 dolları keçmişdi. Ukraynadakı gərginliyi aşağı salan xəbərlərin ardından həftəyə 1893 dollar səviyyəsində başlayan qiymətli metal çərşənbə axşamı yenidən bahalaşıb və hazırda unsiyası 1908 dollar ətrafında alınıb-satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb




















.jpg)




