Azərbaycan nümayəndə heyəti Qırğızıstanda səfər olub
Qarşılıqlı iqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparılıbİqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və sahibkarlardan ibarət Azərbaycan nümayəndə heyəti Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib, müzakirələr aparıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun yaydığı məlumatda bildirilir ki, Qırğız Respublikasının investisiya naziri vəzifəsini icra edən Nuradil Bayasovla görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan uğurlu islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verib.
Nuradil Bayasov ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayb, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib.
Görüşdə investisiya tərəfdaşlığının inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanovla görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub.
Bişkekə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qırğız Respublikasının Prezidenti Administrasiyasının Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Almaz İsanov, Qırğız Respublikasının kənd təsərrüfatı nazirinin müavini Azamat Mukaşev, rəqəmsal inkişaf nazirinin müavini Aynura Tuybayeva, energetika nazirinin müavini Tilek Aytaliyev və digərləri ilə keçirdiyi görüşlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Azərbaycan-Qırğızıstan işgüzar görüşü keçirilib
Hər iki ölkənin rəsmi şəxslərinin və biznes dairələrinin iştirak etdiyi işgüzar görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin Milli Prioritetləri, pandemiya şəraitində biznesin dəstəklənməsi tədbirləri, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, turizm və.s. sahələr üzrə əməkdaşlıq imkanlarını vurğulayıb, Qırğızıstanın özəl sektor nümayəndələrini Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, biznes layihələrində iştiraka dəvət edib.
Qırğız Respublikasının investisiya naziri vəzifələrini icra edən Nuradil Bayasov Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişafı barədə fikirlərini bildirib.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, Azərbaycanın Qırğızıstanda səfiri Lətif Qəndilov, Qırğızıstanın Azərbaycanda səfiri Kayrat Osmonaliyev və digərləri iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri barədə çıxış ediblər.
İşgüzar görüşdə Azərbaycanın və Qırğızıstanın ticarət, investisiya və turizm potensialına dair təqdimatlar keçirilib.
Tədbir işgüzar dairələrin ikitərəfli görüşləri ilə davam edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Bişkek” Xüsusi İqtisadi Zonası ilə tanış olub.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir

























