Apple 6 ildən sonra Çində birinci yerdədir
Apple Inc. 2021-ci ilin son rübündə dünyanın ən böyük mobil telefon bazarı olan Çində ən çox telefon satan şirkət olub. Beləliklə, şirkət 2015-ci ildən bəri ilk dəfə liderlik kürsüsündə əyləşib.
Marja xəbər verir ki, 2021-ci ilin son rübündə Apple, rekord 23 faiz bazar payı ilə dünyanın ən böyük smartfon bazarı olan Çində birinci yeri tutub.
"Counterpoint Research"in dərc etdiyi araşdırmaya görə, Huawei-nin reytinqdəki geriləməsindən sonra Apple yeni çıxardığı iPhone 13 modeli ilə çinli rəqibləri Vivo və Oppo-nu geridə qoyaraq birinci yeri tutub.
Çip böhranı və iqtisadi yavaşlama ilə əlaqədar olaraq istehsal və istehlak tələbinin məhdud olması səbəbindən ölkədə telefon bazarında 9 faizlik azalma yaşansa da, Apple ölkədəki satışlarını 32% artırıb.
Rəqəmləri qiymətləndirən analitik Mengmeng Zhang, "Apple-ın göz qamaşdıran performansı qismən izlədiyi qiymət strategiyası və qismən də Huawei-dən əldə etdiyi bazar payı ilə bağlıdır", deyib.
Məhdudiyyətlərdən sonra Huawei 2020-ci ildə Honor adlı mobil biznesini yaradıb və Xiaomi Corp-dan sonra beşinci yeri tutub.
"Counterpoint"in hesablamalarına görə, Apple-ın bazar payı 2021-ci ilin son üç ayında 23 faizə çatıb və rekord qırıb.
ABŞ dünyanın ən böyük mobil telefon satıcısı Huawei-yə ixrac məhdudiyyətləri tətbiq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)


















