Dünyanın ən varlı insanları pandemiya zamanı sərvətlərini ikiqat artırıblar
Digər tərəfdən, daha 163 milyon insan yoxsulluq həddinin altında yaşamağa başlayıb."Oxfam" təşkilatının hesabatına görə, Elon Musk və Jeff Bezos da daxil olmaqla dünyanın 10 ən varlı adamının sərvətləri pandemiyanın başlanğıcından bəri iki dəfə artırıb.
Marja hesabata istinadən xəbər verir ki, dünyanın ən varlı 10 adamının sərvəti əmlak və səhm qiymətlərinin artması ilə 2 dəfədən çox artaraq 1,5 trilyon dollara çatıb.
Ultra varlılar dövlətin stimullaşdırıcı paketlərinin dəstəyi ilə sərvətlərini artırarkən, daha 163 milyon insan yoxsulluq həddinin altında yaşamağa başlayıb.
Hesabatda mart-2020 - oktyabr 2021-ci il dövrü ərzində dünya əhalisinin 99 faizinin gəlirlərinin azaldığı, Tesla-nın qurucusu İlon Maskın və digər 9 milyarderin gəlirlərinin isə gündə 1,3 milyard dollar artdığı bildirilib.
Sərvətinin ən çox artdığı adlar Teslanın qurucusu İlon Mask, Amazonun qurucusu Ceff Bezos və LMVH şirkətinin baş direktoru, fransız iş adamı Bernard Arnaultdur.
Forbes jurnalının milyarderlər siyahısına görə, Maskın sərvəti pandemiyanın ilk 20 ayında 10 dəfə artaraq 294 milyard dollara çatıb.
"Bu 10 nəfər sabah sərvətlərinin 99,999 faizini itirsələr belə, yenə də bu planetdəki 99 faizdən daha varlı olacaqlar", - Oxfam bildirib.
Oxfam-a görə, 2030-cu ilə qədər 3,3 milyard insan gündəlik 5,50 dollardan aşağı məbləğ ilə yaşayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















