Almaniya, Fransa və Avropa İttifaqı Qazaxıstan hökumətini vətəndaşların hüquqlarını müdafiə etməyə çağırıb
Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda Almaniya hökuməti münaqişənin bütün tərəflərini təmkin və tədbirli olmağa çağırıb.
Almaniya Qazaxıstan hakimiyyət orqanlarının etirazçılara qarşı verilən güllələnmə əmrindən narahat olduqlarını bildirib.
Hökumət sözçüsünün müavini Kristian Hoffmann yanvarın 7-də bildirib ki, mövcud zorakılıq hadisələri Berlində böyük narahatlıq yaradır: “Biz əminik ki, zorakılıq heç vaxt adekvat cavab ola bilməz. Ona görə də biz bütün tərəfləri gərginliyi azaltmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq”.
Hofmann əlavə edib ki, Qazaxıstan hökuməti və bütün yüksək vəzifəli şəxslər mülki şəxslərin müdafiəsinə cavabdehdirlər.
Almaniyanın Xarici İşlər Nazirliyi Qazaxıstanın təhlükəsizlik qüvvələrinə və orduya verilən “atəş aç” əmri ilə bağlı bütün xəbərləri diqqətlə öyrənəcəyini açıqlayıb: “Almaniya hökumətinin nöqteyi-nəzərindən aydın şəkildə qeyd etmək lazımdır ki, dinc əhaliyə qarşı öldürücü qüvvənin, hərbi silahların tətbiqi, xüsusən də silahlı qüvvələr cəlb edilməsi son addım olmalıdır”.
Qeyd edək ki, Almaniyanın ədliyyə naziri Marko Buşman özünün “Twitter” mikrobloqunda yazıb: “Hər kim xəbərdarlıq etmədən öldürmək üçün nümayişçilərə atəş atırsa, o sivil dövlətlər dairəsini tərk edib”.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron da Fransanın Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar Parisdə görüşərək, Qazaxıstanda zorakılığa son qoymağa çağırıblar. Mərkəzi Asiya ölkəsində vəziyyətin gərginləşməsini narahatlıqla izlədiyini deyən Avropa Komissiyasının rəhbəri münaqişə tərəflərinə zorakılığa son qoyulması çağırışı ilə müraciət edib və əmin edib ki, “Avropa İttifaqı imkan daxilində kömək etməyə hazırdır.
Fon der Leyen vurğulayıb ki, Qazaxıstan xalqının hüquqları və təhlükəsizliyi qorunmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















