FED faizini gözləniləndən tez artırmağa hazırdır
ABŞ-ın mərkəzi bankı qismində çıxış edən Federal Ehtiyatlar Sistemi (FRS, FED) ölkədəki iqtisadi vəziyyətlə əlaqədar baza faiz dərəcəsini gözləniləndən tez artırmağa hazırdır.
Marja xəbər verir ki, bunu Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin dekabrın 14-15-də keçirilən iclasının çərşənbə günü yayılan hesabatı sübut edir.
Qeyd edilib ki, daha güclü iqtisadiyyat və yüksək ABŞ inflyasiyası gözləniləndən daha tez faiz artımına səbəb ola bilər.
“İclas iştirakçıları qeyd ediblər ki, iqtisadiyyat, əmək bazarı və inflyasiya ilə bağlı proqnozlar nəzərə alınsa, faiz dərəcəsinin əvvəllər düşünüldüyündən daha tez artırılmasına haqq qazandırmaq olar”, - hesabatda deyilir.
Hazırda ekspertlər Fed-in mart ayından faiz artırmağa başlayacağını proqnozlaşdırırlar. Fed-in 2022-ci ildə üç dəfə artırılacağı gözlənilir. Dekabr ayında FED baza faiz dərəcəsini 0-0,25% səviyyəsində saxlamışdı.
Amerika mərkəzi bankının növbəti iclası yanvarın 25-26-da baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















