“İndi hər şey bizim Avropadakı tərəfdaşlarımızdan asılıdır”
Rusiya Prezidenti Vladimir Putin Avropanın “Şimal axını-2” boru kəməri ilə təbii qazın tranzitinə icazə verəcəyi təqdirdə qiymətlərin düşəcəyini bildirib.
Rusiya dövlət başçısı Avropa icazə verən kimi bu xətlə qaz nəqlinə başlayacaqlarını açıqlayıb.
O deyib:
“İndi hər şey bizim Avropadakı tərəfdaşlarımızdan, istehlakçılardan, Almaniyadan asılıdır. Onlar xətti işə salmaq qərarına gələn kimi Avropa böyük həcmdə əlavə Rusiya qazı almağa başlayacaq. Xatırladıram ki, onun ildə 55 milyard kubmetr qaz nəql etmək gücü var”.
Putin həmçinin vurğulayıb ki, xəttin istifadəyə verilməsi ilə Avropa və Ukraynada qazın qiyməti aşağı düşəcək:
“Təbii ki, bu, bazarda qiymətə dərhal təsir edəcək və Rusiya qazını istehlak edən ölkələr bunu dərhal hiss edəcəklər. Əslində bunun Ukrayna üçün də qiymətləri aşağı salacaq təsiri olacaq. Çünki Ukrayna əhəmiyyətli həcmdə Rusiya qazını Avropa bazarı qiymətləri ilə çox yüksək qiymətə alır. Ukrayna siyasi səbəblərə görə birbaşa Rusiya qazını almaqdan imtina edir və qazı yüksək qiymətə, 1000 dollar və ya daha çox qiymətə almağa məcburdur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















