Dərman almaq üçün gecə 2-dən növbə tuturlar
Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemləri görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər bölgələrində yaşanır.
Bu dəfə isə bənzər mənzərə Mingəçevirdə görünüb. Belə ki, Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında diabet xəstələrinin dərmanlar üçün növbəyə düzülməsini əks etdirən foto sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, onlar gecə saatlarından növbəyə düzülsələr də, lazım olan dərmanları ala bilmirlər. Qeyd edilir ki, onlar arasında gecə 2 radələrindən növbə tutan vətəndaşlar var.
Xəstələri bu növbələrdə kim saxladır?
Mingəçevir Mərkəzi Xəstəxanasının Mətbuat Xidmətindən bildirilib ki, tibb ocağının qarşısında belə növbənin yaranmasına səbəb alınan dərmanların sayının xəstələrin sayına uyğun olmamasıdır: “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 4523 nəfərdir. Xəstələrin dərman təminatını yetəri qədər təmin etmək üçün hər ay xəstəxana tərəfindən İnnovasiya və Təchizat Mərkəzinə sifariş yazılır. Lakin hər ay üçün alınan dərmanların sayı xəstələrimizin sayına uyğun olmadığı üçün böyük problemlə qarşılaşırıq. Bununla bağlı lazımı üst qurumlara müraciətlər olunmasına baxmayaraq, nəticə hələ də dəyişməz olaraq qalır. Bu səbəbdən xəstələr tərəfindən bu şəkildə növbələr yaranır”.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır: “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir. Dərman preparatlarının xəstələrə paylanması bu müəssisələr tərəfindən həyata keçirilir.
Əlavə olaraq bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən yeni hazırlanmış proqram layihəsində şəkərli diabetdən əziyyət çəkən xəstələrə verilən dərmanların adambaşına gündəlik 40 vahid əvəzinə, bu rəqəmin 60 vahidə çatdırılması təklif edilib”.
Qeyd edək ki, hazırda Azərbaycanda şəkərli diabetlə əlaqədar rəsmi qeydiyyatdan keçən 283 min nəfər xəstə var.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 44 d. əvvəl
-
- 47 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
3 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
3 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir


















