Türk Lirəsi 6% də ucuzlaşdı
Keçən həftə kəskin yüksəlişlər qeydə alınan və 17-nin üstünü test edən Dollar/TL məzənnəsi yeni həftənin ilk əməliyyatlarında yenidən 17 səviyyəsini keçib.
Marja.az xəbər verir ki, Dollar/TL məzənnəsi 6% artaraq 17,6247 səviyyəsini görüb.
Prezident Rəcəb Tayyib Ərdoğanın həftə sonu verdiyi açıqlamalar Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
Prezident Rəcəb Tayyib Ərdoğan pul siyasətindən tutmuş, maliyyə bazarlarında idarə olunan valyuta rejimi və fövqəladə vəziyyət iddialarına qədər bir çox mövzuda açıqlamalar verib. Faiz endirimləri ilə bağlı “Məndən başqa heç nə gözləməyin” deyən Ərdoğan, “bir müsəlman olaraq nə lazımdırsa, onu etməyə davam edəcək” deyə vurğulayıb.
“Nəzarət olunan valyuta rejimi kimi cəfəngiyyatları gündəmə gətirənləri günahsız hesab etmirik. Türkiyə iqtisadiyyatı indiyə qədər olduğu kimi azad bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq yoluna davam edəcək. Biz məzənnənin sabitliyini bu cür zibil üsullarla deyil, bazarın özünün işləməsi çərçivəsində təmin edəcəyik”, - Ərdoğan qeyd edib.
Ərdoğan “Cümə günündən bəri söz-söhbət gedir. Bazar ertəsindən etibarən maliyyə aləmində ciddi problemlər yaranacaq. Bunu ancaq xəyanət edənlər deyəcək. Necə dik duracağımızı demir, bazar ertəsi kimi problemlərdən danışır. Narahat olmayın, bu belə deyil. Biz dik durmuşuq”, - deyib.
"Türkiyənin iqtisadiyyatda fövqəladə vəziyyətə ehtiyacı ola biləcəyini qiymətləndirmək çaşqınlıqdan da böyük səhvdir" deyən Ərdoğan, "Hökumətimizin həyata keçirdiyi iqtisadi siyasət, məzənnədəki dövri dalğalanmalar istisna olmaqla, müəyyən etdiyimiz istiqamətdə irəliləyir. Dünən biz xalq olaraq öz canımız bahasına ölkəmizin müstəqilliyini, gələcəyini qoruduq; Bu gün də pulumuzla, malımızla eyni fədakarlığı edəcəyik” - Prezident Ərdoğan bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























