"Gənclik" parkında möhtəşəm restoran açıldı - FOTOLAR
"By CafeCity" təqdim edir: "Gənclik" parkında "CityPark" restoranı(®) Yayın sonlarında Bakının Xətai rayonunun ərazisində açılan "Gənclik" parkı tez bir zamanda paytaxt sakinlərinin və qonaqların sevimli istirahət və əyləncə məkanına çevrildi. Parkda uzun müddət gəzəndən sonra təmiz havanın təsirindən iştah açılır. Belə hallarda adətən nəsə dadlı yeməklə yanaşı, ailə, dost ortamında yaxşı istirahət etmək üçün rahat yer axtarışında olursan. Bunun üçün 15 dekabrdan "Gənclik" parkında fəaliyyətə başlayan və uzun illər boyu Bakının restoranlar aləmində dadlı mətbəxi, maraqlı konsepsiyaları və yüksək keyfiyyətli servisi ilə tanınan "By CafeCity" şəbəkəsinin növbəti layihəsi hesab olunan "CityPark" restoranı ideal seçimdir.
Bura ayağınızı qoyar-qoymaz özünüzü maksimum komfort və doğma atmosfer zonasında hiss edəcəksiniz - bura böyüklər kimi uşaqlar üçün də maraqlı və rahat yerdir. Hər zövqə uyğun bir-birindən ləzzətli yeməklərdən ibarət rəngarəng və eksklüziv menyusu və bütövlükdə yüksək dərəcəli servisi, rahat və geniş interyeri, məşhur musiqiçilərin canlı ifaları, zövqlü musiqi tərtibatı ilə "CityPark" elə ilk baxışdan görənləri özünə heyran edir.
Xəzər dənizinə və Bakının sayrışan işıqlarına möhtəşəm mənzərəsi olan iki böyük terrası bu yeni məkanı digərlərindən fərqləndirməklə yanaşı, onu İnstagram üçün də dəbli və sevimli məkana çevirəcək; burada çəkdirəcəyiniz mükəmməl fotolar sosial şəbəkələrdəki səhifələrinizi bəzəyəcək.
"CityPark" -uşaqlarınızla istənilən vaxt dadlı səhər yeməyi yemək, nahar və şam etmək üçün gözəl məkan olmaqla yanaşı, həm də ailəniz və dostlarınızla birgə əyləncəli gün keçirmək üçün ideal seçimdir. Burada hər şey - xidmət, ab-hava Sizin istirahətiniz, rahatlığınız, məmnuniyyətiniz üçün nəzərdə tutulub.
"CityPark" sakitliyi və hüzuru üstün tutanları da unutmayıb - burada olan xüsusi kabinələrdə onlar rahat şəkildə özəl məsələlərini müzakirə edərək ləziz təamlardan dada bilərlər.
"Biz perfeksionist qonaqlarımıza burada hər şeyin mükəmməl olacağına əminliklə söz veririk. Gözəl atmosfer, təcrübəli personal, mehriban kollektiv, peşəkar aşpazlar və keyfiyyəti üstün tutmağımız bizdə daimi qonaqlarımızın yanında hər zaman başıuca olacağımıza və yeni müştərilər qazanacağımıza inam yaradır" - deyən "By CafeCity" komandasının sözlərinə görə, restoran hər yerdə və hər şeydə rahatlığı sevənlər və ona dəyər verənlər üçün ən yaxşı yer olacaq.
Daha bir vacib məqam - Yeni ilə sayılı günlər qalıb. "CityPark"da yeni il axşamı üçün masa sifariş etməyə tələsin! Burada Sizi ləziz bayram menyusu ilə yanaşı, gözəl musiqili şou-proqram gözləyir. Bu barədə linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz:
Rezervasiya üçün əlaqə nömrələri:
+99455-988-02-05;
+99450-988-02-05
"CityPark" restoranı sosial şəbəkələrdə - Instagram, Facebook.
Sadıqcan küçəsi, 8 Noyabr prospekti "Gənclik" parkı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
22 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)




