Fed faiz qərarını açıqladı - 2 ildə 6 dəfə faiz artırıla bilər
Fed üzvləri 2022-ci ildə faizin 3 dəfə, 2023-cü ildə də 3 dəfə artırılacağını gözləyirlər. Beləliklə, 2023-cü ilin sonuna qədər faizin ən az 6 dəfə artırılacağı nəzərdə tutulur. Fed qiymətli kağız alışlarınının azaldılmasını da sürətləndirəcək.ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, Fed faizini dəyişdirməyərək sıfır səviyyəsinə yaxın (0 - 0,25%) saxlayıb. İqtisadçılar və bazarlar da Fed-in faizini dəyişməz saxlayacağını gözləyirdilər.
Fed aylıq qiymətli kağız alışlarının azaldılması sürətini 2 dəfə artıraraq 15 milyard dollardan 30 milyard dollara yüksəldib. Yəni, qiymətli kağızların alışları aylıq 90 milyard dollardan 60 milyard dollara endiriləcək.
Fed üzvləri 2022-ci ildə faizin 3 dəfə, 2023-cü ildə də 3 dəfə artırılacağını gözləyirlər. 2024-cü ildə isə faizin 2 dəfə artırılacağı proqnozlaşdırılır.
Fed üzvləri 2022-ci ildə uçot dərəcəsinin 0,75% - 1%-ə qədər artacağını gözləyirlər.
Fed qərarı yekdilliklə qəbul edib.
Fed-in qərar mətnində inflyasiyanın pandemiya və tədarük zənciri çətinlikləri ilə yüksəldiyi qeyd edilib. Mətndən inflyasiyanın müvəqqəti olduğuna diar ifadələr də çıxarılıb.
Fed iqtisadiyyata dair proqnozlarını da yeniləyib. Sentyabr ayında 5,9% olaraq açıqlanan 2021-ci il üçün iqtisadi artım proqnozu 5,5% səviyyəsinə endirilib. 2022-ci il üçün artım proqnozu 3,8%-dən 4%-ə yüksəldilib. 2023-ci il üçün iqtisadi artım təxmini 2,5%-dən 2,2%-ə salınıb.
2021-ci il üçün işsizlik proqnozu 4,8%-dən 4,3%-ə; 2022-ci il üçün 3,8%-dən 3,5% səviyyəsinə endirilib.
Pandemiya ilə əlaqədar olaraq tətbiq edilən təşviqlərin mərhələli şəkildə ləğv edilməsinin, 2022-ci ildə faizin artırılması üçün zəmin yaradacağı bildirilir.
ABŞ-da Noyabr ayında istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) illik 6,8% artım qeyd etmişdir. Bu artım 1982-ci ildən bu yana (son 39 ildə) ən yüksək artımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
35 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 46 d. əvvəl
-
46 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
















.jpg)




