"Dövlət satınalmaları haqqında" yeni qanunun layihəsi hökumətə təqdim olunub
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) üzvləri arasında ölkəmizdə rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Dövlət xidmətindən verilən məlumata görə, tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qros, CCIAF-nin idarəedici direktoru Zibər Hüseynova bu formatda olan təşkil edilən görüşlərin, aparılan müzakirələrin, dövlət-özəl sektor tərəfdaşlığının önəmini qeyd ediblər.
Dövlət Xidməti rəisinin müavini Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, antiinhisar nəzarəti və rəqabət sahələrində davamlı institusional islahatların aparıldığını, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə olunduğunu qeyd edib.
Tədbirdə bildirilib ki, qisa müddət ərzində Rəqabət Məcəlləsinin hökumətə təqdim olunacağı gözlənilir. Bununla yanaşı, dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.
Qeyd edilib ki, şəffaflığın artırılması məqsədilə prosedurların icra edilməsində maksimum rəqəmsallaşmaya üstünlük verilir. Bununla yanaşı, azad rəqabət mühitinin qorunması, istehlakçı məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabət qabiliyyətliliyin yüksəldilməsi Dövlət Xidmətinin strateji hədəfləri kimi müəyyən olunub.
Sonda tədbir iştirakçıları arasında rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinə dair müzakirələr aparılıb, Dövlət Xidmətinin nümayəndələri tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















