Əfqanıstanda hiperinflyasiya başlayır
Əfqanıstanda radikal Taliban hərəkatının silahlıları ölkədə hakimiyyəti ələ keçirdikləri andan dollar qarşısında 53% dəyər itirən milli valyuta Əfqaninin çökməsi fonunda ərzaq inflyasiyasında kəskin artım davam edir.
Marja.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədəki bir neçə iri topdansatış mağazası ötən həftələr ərzində kəskin artan əsas ərzaq məhsullarının qiymətlərinin artması fonunda son günlər fəaliyyətini bağlamaq məcburiyyətində qalıblar.
Belə ki, bir neçə gün əvvəl 10 əfqani olan 200 qramlıq çörək indi 15 əfqaniyə satılır. İki ay əvvəl 44 əfqani olan 1 kiloqram un indi 57 əfqaniyə satılır.
Avqustda təxminən 80 əfqani səviyyəsində olan dolların məzənnəsi valyutaya tələbin artması ilə 123 əfqaniyə çatıb. Sərt tədbirlər, o cümlədən ölkədən dollar çıxarılmasına görə cinayət məsuliyyəti də onun aşağı düşməsinə kömək etməyib.
Bazar günü rəsmilər Əfqanıstanın ən böyük valyuta bazarı olan Kabildə yerləşən Saray-e Şahzadəni bağlayıblar. Səbəb kimi həddindən artıq sıxlıq göstərilib.
Taliban tərəfindən təyin olunan Əfqanıstan müvəqqəti hökumətinin sədr müavini Əbdül Salam Hənəfi çərşənbə axşamı mətbuat konfransı keçirərək dollar qaçaqmalçılığını milli xəyanətkarlıq elan edib.
“Onlar milli satqınlardır və həbs olunsalar, onlara uyğun davranılacaq. Əfqanlar gündəlik əməliyyatlarında öz milli valyutalarından istifadə etməlidirlər, xaricə dollar qaçaqmalçılığı cinayətdir”, - deyə Hənəfi bildirib.
Kabil hakimiyyəti un və qazın bahalaşması fonunda tacirləri manipulyasiyada ittiham edərək çörəyin qiymətinin dondurulduğunu elan edib. Əfqanıstanın Sənətkarlar və Dükançılar Palatası Böyükşəhər Bələdiyyəsi ilə razılaşaraq, müvəqqəti olaraq 200 qramlıq çörəyin qiymətini 15 əfqani (təxminən 0,12 dollar), 270 qramlıq çörəyin qiymətini isə 20 əfqani (təxminən 0,16 dollar) müəyyən edib. Bu tədbirlər “insanların qida ilə təminatında fasilələrin qarşısını almaq üçün” görülüb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Əfqanıstan əhalisinin yarıdan çoxunun (təxminən 22,8 milyon nəfər) noyabr-mart ayları arasında kritik ərzaq çatışmazlığı ilə üzləşə biləcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















