Azercell Biznes-dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi!
Aparıcı mobil operator korporativ müştəriləri üçün Əşyaların İnterneti (IoT) istiqamətində yenibiznes həlli təqdim edir(®) Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı “Azercell Telekom” avtoparka sahib korporativ strukturlar üçün ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq kompleks şəkilində Əşyaların İnternetinə (IoT) əsaslanan xidmətlər təqdim edən “Biznesim Nəqliyyat” həllini istifadəyə verir.
Müasir zamanda IoT həlləri avtoparkın idarə olunması və iş effektivliyini dəyişməklə şirkətlərə öz vəsaitləri və fəaliyyətləri üzərində daha optimal nəzarət imkanı verir. Real zaman rejimində çalışan “Biznesim Nəqliyyat” həlli əsaslı biznes qərarlarının verilməsinə və nəqliyyat avtoparkının daha səmərəli şəkildə idarə olunmasına şərait yaradır.
Azercell-in “Biznesim Nəqliyyat” həllinin əsas üstünlükləri:
- Əməliyyat məsrəflərini azaldır və nəqliyyat vasitələrinin faydalılıq dövrünü uzadır
- Yanacaq sərfiyyatını azaldır və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını təkmilləşdirməyə imkan verir
- Müştəri xidmətini genişləndirir
- Yeni mobil xidmətlərin göstərilməsinə imkan verir
- İşçilərin təhlükəsizliyini və mühafizəsini artırır
- Ekoloji məsələləri diqqətdə saxlayır
- Kompleks şəklində rabitə ximətlərinin vahid etibarlı tərəfdaş tərəfindən təmin edilməsi
Hazırda şirkətlərin avtoparkında fəaliyyətin səmərəliliyi, sürücülərin təhlükəsizliyi və mühafizəsi, habelə əməliyyat məsrəflərinin artması kimi məqamlar sual yaradan əsas məsələlərdəndir. Bu səbəbdən avtoparkı olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin əsas meyarlarıdır. Bütün bunları nəzərə aldıqda “Biznesim Nəqliyyat” həlli xüsusi əhəmiyyət daşıyır. Bu həll logistika, enerji, kənd təsərrüfatı, yüngül sənaye sahələri və s. kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət göstərən şirkətlər üçün xüsusilə faydalı olacaq.
Azercell Biznes öz abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etmək üçün öz peşəkar texniki məsləhətçi komandası ilə həllin quraşdırılması, texniki xidmət və müvafiq təlimlərin keçirilməsi, həmçinin sonrakı dövrdə texniki dəstəyin göstərilməsini də öz üzərinə götürür.
Azercell-in yeni “Biznesim Nəqliyyat” həlli şirkətlərə Azərbaycanda və ölkə sərhədlərindən kənarda onlara məxsus nəqliyyat vasitələrinin marşrutuna, qət olunan yolun müddətinə, yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. Bundan əlavə, həll mühərrikin işi, mexaniki hissələrin vəziyyəti, hətta akkumulyatorun gərginliyi barədə məlumat verir. “Biznesim Nəqliyyat”, həmçinin, sürət həddi, sərt əyləc istifadəsi, və ya qısa zamanda sürət artırma kimi sürücü davranışlarını qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə minimal mənfi təsirlə çalışmasını təmin edir.
Azercell-in korporativ müştəriləri “Biznesim Nəqliyyat” həllinin köməyilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə nəzarətdə yeni səviyyəyə nail olmaqla, sözün əsl mənasında səmərəli, təhlükəsiz, müştəri yönümlü və ətraf mühitə faydalı şirkətə çevrilə bilər.
Daha ətraflı məlumat üçün bu linkə keçid ala bilərsiniz: https://www.azercell.com/az/corporate.html
Korporativ Telefon Mərkəzi -*6050
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
10 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
12 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək






















