Turşu məhsulları müəssisəsində yoxlama - rəhbəri məsuliyyətə cəlb olundu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küç, ev 853 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Azaqov Elnur Arif oğluna məxsus müxtəlif növ mürəbbə, turşu məhsullarının saxlanılması və satışı müəssisəsində yoxlama keçirib.
Marja.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müəssisədə 393 ədəd balonda müxtəlif növ istehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib. Üzərində hər hansı etiket məlumatları olmayan mürəbbə və turşu məhsullarının yerdən, divara bitişik şəkildə və birbaşa günəş şüalarının təsiri altında saxlanıldığı məlum olub. İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 d. əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















