"Rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb"
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə rəqəmsal manatın yaradılması üzərində tədqiqatlar aparılır və hökumətdə bu istiqamətdə danışıqlar gedir.
Bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, Çin və ABŞ arasındakı bu trend çox maraqlıdır, çünki cəmi 100 ildir ki, dollar dünya valyutasıdır: "Amma indi artıq Çinin iqtisadiyyatı tədricən ABŞ-ın iqtisadiyyatını keçmək üzrədir. Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, tranzaksiyaların həcmi 88%-i dollarladır, cəmi 4%-i yuanla. Yuanın rəqəmsal məsələdə bir addım öndə olması artıq onu göstərir ki, biz rəqəmsal valyuta aləmində böyük bir dəyişikliyin şahidi olacağıq. Rəqəmsal valyuta da demək olar ki, geniş miqyasda bizim maliyyə bank sektorunu tamamilə dəyişəcək".
XXX
“İnfrastrukturu dəyişsək belə, insanın rəqəmsal transformasiyaya uyğunlaşmasa çox çətin olacaq”.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda deyib.
“Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, - o qeyd edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA, “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















