2022-ci ildə Neft Fondunun vəsaitlərin idarə olunmasından gəlirlərinin kəskin azalacağı proqnozlaşdırılır
2021-ci ilin 9 ayı üzrə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 3,1% təşkil etmişdir ki, bu nəticə də ötən ilin göstəricisi (31.12.2020-ci il üzrə 2,82%) ilə müqayisədə 0,19% artmışdır.
Marja.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəyində bildirilir.
Rəydə qeyd edilib ki, 2021-ci ilin 9 ayı üzrə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 1 milyard 333,1 milyon ABŞ dolları və ya 2 milyard 266,3 milyon manat məbləğində gəlir əldə etmişdir. Fondun 2021-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin minimum 50 faizi borc öhdəlikləri və pul bazarları alətlərindən, 25 faizə qədəri səhmlərdən (pay), 10 faizə qədəri daşınmaz əmlakdan və 15 faizə qədəri isə qızıl alt portfellərindən ibarət olmuşdur.
“Fond tərəfindən 9 aylıq icra nəticələrinə əsasən aktivlərin idarəedilməsindən 1 milyard 333,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edilmiş, büdcədənkənar xərcləri isə 1 milyard 171 milyon ABŞ dolları təşkil etmişdir ki, Fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis gəliri 162,1 milyon ABŞ dolları təşkil etmişdir”,- Rəydə bildirilir.
Qeyd edilib ki, 2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 715,8 milyon ABŞ dolları və ya 1 milyard 216,8 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2020-ci ilin müvafiq icra göstəricisindən 761,8 milyon manat və ya 38,5% az, 2021-ci ilin proqnoz göstəricisindən 457,1 milyon manat və ya 60,2% çox, 2021- ci ilin gözlənilən icra göstəricisindən 265,6 milyon manat və ya 17,9% azdır. 2022-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,7% (borc öhdəlikləri və pul bazarları alətləri üzrə gəlirlilik 0,74%, səhm portfeli üzrə gəlirlilik 4,71%, daşınmaz əmlak portfeli üzrə gəlirlilik 5,2%) səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnoz göstəricisindən (1,09%) 0,61% çox, cari ilin 9 aylıq icra göstəricisindən (3,1%) isə 1,4% azdır.
Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 2021-ci il üzrə 1,7% proqnozlaşdırılmışdır.
“Ümumiləşmiş şəkildə demək olar ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üçün nəzərdə tutulan investisiya siyasətinin məqsədi Fondda toplanan vəsaitin aşağı risk və aşağı qiymət dəyişkənliyi şəraitində idarə edilməsi və bu siyasətə uyğun olan gəlirliliyin əldə edilməsi olacaqdır ki, buna da nail olmaq üçün Fond əvvəlki illərdə olduğu kimi mühafizəkar, əsas kapitalın itirilməməsinə və təminatlı gəlirin əldə edilməsinə imkan verən investisiya siyasəti yeridəcəyi ehtimalı yaratmışdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
2 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
12 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Ən çox oxunanlar
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ






















